Eldəniz Zeynalov yad edildi

Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Sarayın foyesində Eldənizin Zeynalovun həyat və yaradıçılığını əks etdirən foto-sərgi nümayiş olunub. Olaylar bildirir ki, Aparıcı Kamran İsrafilov tədbiri açıq elan edərək, E.Zeyanlovun kino və teatr aktyoru kimi fəaliyyətindən qısa məlumat verib. Gecədə xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, aktyorun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Sarayın foyesində Eldənizin Zeynalovun həyat və yaradıçılığını əks etdirən foto-sərgi nümayiş olunub.

Olaylar bildirir ki, Aparıcı Kamran İsrafilov tədbiri açıq elan edərək, E.Zeyanlovun kino və teatr aktyoru kimi fəaliyyətindən qısa məlumat verib. Gecədə xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, aktyorun ailə üzvləri və media nümayəndələri iştirak ediblər. Tədbir zamanı sənətkarın rol aldığı filmlərdən fraqmentlər də nümayiş olunub.

Sonda aktyorun oğlu Elbrus Zeynalov çıxış edərək, atası haqqında öz xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31