Gündəm
Başbakan Yıldırım: Hedef sıfır ölümlü kaza
Başbakan Binali Yıldırım, "Hedef sıfır ölümlü kaza. Bazı ülkeler bunu başardı ama bizim önümüzde daha çok yol var. Çözüm; eğitim, eğitim, eğitim" diye konuştu.Uyarı da da bulunan Yıldırım, "15 Temmuz'da mesafe alamayanlar, Türkiye'yi dize getiremeyenler, bu millete boyun eğdiremeyenler, bugünlerde başka bir film çeviriyorlar. Ama boşuna heveslenmesinler" ifadesini kullandı. Başbakan Binali Yıldırım, ATO Congresium'da düzenlenen 8. Karayolu Trafik Güvenliği Sempozyumu'nda konuştu."Karayoluna bağımlı ulaşım sistemini çeşitlendirmemiz gerekiyor" diyen Yıldırım'ın konuşmasının satır başları şöyle: İşimiz milletin yolunu açmak. Milletin yolunun üzerindeki engelleri kaldırmak. Yolları kim yapacak, Ulaştırma Bakanlığımız ve ekibi yapacak. Ne lazım, yollardaki araçları denetlemek.
Leonardo Da Vinçinin əsəri hərracda 400 milyon dollara satıldı
Rəssam Leonardo Da Vinçinin rəsm əsəri hərraca çıxarılıb. Nyu-Yorkda keçirilən hərracda "Dünyanın xilaskarı" rəsm əsəri 400 milyon dollara satılıb. Rəsm əsəri uzun müddət itirilmiş sayılırdı. Tabloda İsa Peyğəmbər təsvir edilib. Hərracdan əvvəl əsərə 100 milyon dollar qiymət qoyulmuşdu.
Səlim Müslümov Şabran rayonunda 5 rayonun sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda bu rayonun və Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Polşalı hücumçu məşqlərdən kənarlaşdırıldı
Polşa millisinin hücumçusu Lukaş Teodorçik komandanın məşqlərindən kənarlaşdırılıb. Bu qərarı baş məşqçi Heyn Vanhazebruk qəbul edib. Forvardın qeyri-məhsuldar çıxışı 53 yaşlı mütəxəsisi buna vadar edib. Teodorçik özünü toparlamalı və işinə yanaşma tərzini dəyişməli olacaq.
Muğam Mərkəzində “Muğam axşamları” adlı konsert
Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin növbəti konserti olub. Olaylar.az bildirir ki, konsertdə “Bayatı Qacar” və “Şahnaz” muğamları səslənib. “Bayatı Qacar” muğamını xanəndələr əməkdar müəllimi Qəzənfər Abbasov və Əməkdar artist Nuriyyə Hüseynova ifa ediblər.
Günəşin necə isindiyi bəlli olacaq - NASA-dan yeni kosmik gəmi
Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Günəşin atmosferinə göndərəcəyi kosmik gəmini təqdim edib. Gələn il kosmosa göndəriləcək “Parker Solar” adlı gəmi Günəşin səthinə ən çox yaxınlaşan kosmik gəmi olacaq. Con Hopkins Universitetinin Tətbiqi fizika bölməsində işləyən Niki Foks yeni kosmik gəminin Günəşə aid sirrləri araşdıracağını deyib. Günəşin xarici örtüyünün niyə daxilindən qat-qat çox isti olması da məhz yeni gəmi sayəsində bəlli olacaq.
Survivorda iştirak edəcək 3 MƏŞHUR BƏLLİ OLDU
Türkiyənin məşhur TV proqramı olan Survivor 2018 buraxılışında iştirak edəcək 3 nəfərin adı aşıqlanıb. Olaylar.az bildirir ki, TV8 kanalının rəhbəri və parıcısı Acun Ilıcalı twitter hesabından Survivor 2018 –də yenilik olacağını açıqlayıb. “ Survivor –ın Alla Star buraxılışında məşhurlar komandasında iştirak edəcək şəxslərdən 3 – nün adını açıqlayıram.
19 yaşlı qızın bir gecəsinə 3 milyon dollarlıq təklif gəldi
Bakirəliyini satışa çıxaranların sayı artmaqdadır. Bir neçə gün əvvəl britaniyalı, hollandiyalı qızların bakirəliyini satmalarından ilhamlanan 19 yaşlı Giselle adlı qız bəkarətini satışa çıxarıb. Bu barədə sosial şəbəkədə açıqlama verən Giselle əxlaqsızlığına haqq qazandırıb. O, bakirəliyini 3 milyon dollara satıb.
Ulduzların “Qızıl Top” davası - Ronaldo Messiyə zəng edib bunları dedi
İspaniyanın “France Football” dərgisinin üz qabığında “Qızıl Top” mükafatının fotosu ilə birlikdə “barselonalı" Lionel Messinin görüntüsü verilib. Bunu görən Madridin “Real” klubunun ulduzu Kriştiano Ronaldo L.Messiyə zəng edərək “Qzıl Top” mükafatını onun qazandığını deyib. Messi də bunun qarşılığında Ronaldonu təbrik edib. Daha sonra üz qabığının saxta olduğu ortaya çıxıb. Dərgi isə məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.
Rusiya tankları Kiyevdə - HƏYƏCAN TƏBİLİ
Kiyevdə supermarketdən birinin ziyarətçiləri Rusiyanın T-14 “Armata” tanklarına oxşar oyuncaq tankların satışına görə hiddətləniblər. Bu haqda Ukraynanın “Obozrevatel” nəşri bildirib. Nəşr qeyd edir ki, televiziya aparıcısı Andrey Bulqarov feysbuk səhifəsində diqqəti oyuncaq tankların satışına yönəldib. “Armata”ya oxşar tankların “paytaxta daxil olduğunu” yazan jurnalist rəsmi şəxsləri buna reaksiya verməyə çağırıb.
Dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi
2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatına qatılan 32-ci ölkənin adı məlum olub. Bu qitələrarası plef-off turunun revanş matçında Yeni Zelandiya milli komandasını 2-0 hesabı ilə məğlub edən Peru millisidir. Peru milli komandası Yeni Zelandiyanı qolsuz bərabərliklə keçən səfər matçından sonra paytaxt Limada yerləşən “Nacional” stadionunda qonaq edib. Qarşılşamanın əvvəlindən sonuna qədər üstünlüyü qoruyan milli Ceferson Farfan və Kristian Ramosun qolları ilə tarixində 5-ci dəfə Dünya Çempionatına vəsiqə qazanıb. Bu ölkə sonuncu dəfə 1982-ci ildə Dünya Çempionatında iştirak edib.
Aygün Kazımova XƏSTƏXANALIQ OLDU – ÜÇ ƏMƏLİYYAT keçirdi
Yaxın günlərdə plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun Xalq artisti Aygün Kazımovanın əməliyyat etdiyi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, xalq artistinin üzərində 3 növ cərrahi əməliyyat aparılıb.
Ekologiyaya qənim kəsilənlər
Paytaxt Bakıda yaşıllığın məhv edilməsi prosesi davam etməkdədir. Məsələnin acınacaqlı tərəfi ondan ibarətdir ki, yaşıllığın məhv edildiyi konkret ünvan və şəxslər bəlli olsa da aidiyyatı qurumlar müvafiq tədbir görməkdə tərəddüd edirlər. Yaşıllığın məhv edildiyi ünvanlardan biri də Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Qara Qarayev prospektidir ki, sakinlərin dəfələrlə etdikləri müraciətlər cavabsız qalıb. Sözügedən ünvanda yaşayan Qarabağ müharibəsi veteranı, ikinci dərəcəli əlil Saleh Cəfərov redaksiyamıza müraciət edərək bildirib ki, sözügedən ərazidə sözün əsil mənasında “ekoloji terror” aparılır. Məsələ ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülməyib: “Təbiətin qənimi olanlar haqqında mətbuatda çox yazmışam.
30 fələstinli həbs edildi
İsrailli əsgərləri Qərb Şəriyədə 30 fələstinlini həbs ediblər. Olaylar.az bildirir ki, İsrail ordusu həbs olunan fələstinləri terror hərəkatına dəstək verməkdə günahlandırırlar.
“Dünyəvi cizgilər” bədii kukla sərgisi keçirilib
Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında rəssam Fərəh Əliyevanın “Dünyəvi cizgilər” bədii kukla sərgisi keçirilib. Olaylar.az bildirir ki, fərdi sərgidə müəllifin 30-a yaxın müxtəlif mövzularda – “Nar budağı”, “Zümrüd”, “Edem”, “Sarı gəlin”, “Qız qalası”, “İlham”, “Şərq yuxuları”, “Cənnət mələyi”, “Qürurlu Xəzər”, “Modern trio”, “Nar qızı”, “DNA”, “Tıq-tıq xanım”, “Şopinq” və başqa kuklaları nümayiş olunub. Sərginin açılışında Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Xalq rəssamı, professor Ağəli İbrahimov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru Röya Tağıyeva, Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva və "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov rəssamın zəngin yaradıcılığı, əsərlərinin orijinallığı ilə bağlı fikirlərini bölüşüb, müəllifə xoş arzularını bildiriblər.













