Gündəm

Vəzifəli şəxslər qadağan olunan informasiyanın yayılmasına görə cəzalanacaqlar

16 Noyabr 2017 13:08

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcəklər. “Olaylar” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir.

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında azərbaycanlı girovlara azadlıq tələbi ilə aksiya keçirilib

16 Noyabr 2017 13:07

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

Məşhur türkiyəli aktyorlar AZƏRBAYCANA GƏLİR

16 Noyabr 2017 13:05

Dekabrın 13 – də Nizami Kino Mərkəzində  Türkiyə istehsalı olan “Mutluluq zamanı ” filminin qala-gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, Türkiyənin məşhur aktyorları, filmdə baş rollara çəkilmiş Barış Arduç və Elçin Sangu filmin qala gecəsinə qatılacaqlar . Senol Sönmezin lentə aldığı bu film romantik komediya janrındadır.Film, keçmişiylə üzləşməyən, özünə mükəmməl həyat yaradan “Mutluet.com.tr” şirkətinin sahibi Mertin və bütün həyatını keçmişdə yaşadıqlarının üzərində quran Adanın eşq hekayəsindən bəhs edir...

Azərbaycanın ixrac missiyası Sankt-Peterburq şəhərindədir

16 Noyabr 2017 13:04

Azərbaycanın növbəti ixrac missiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindədir. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsi daxildir.

İnternet provayderlərə qarşı cəzalar sərtləşdirilir

16 Noyabr 2017 13:00

Provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına görə cəza tətbiq olunacaq. "Olaylar” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni- 370-1-ci (İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının polzulması) maddəsi əlavə edilir.

Qadağan olunmuş informasiyanı yerləşdirənlər cəzalandırılacaqlar

16 Noyabr 2017 12:57

Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzalar müəyyənləşdirilir.

Azay Quliyev: “Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib”

16 Noyabr 2017 12:53

Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib. Bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Milli Məclisdə "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təbliği məqsədilə "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq" mövzusunda keçirilən yekun müzakirələr zamanı deyib. A.Quliyev bildirib ki, Azərbaycana qarşı törədilən beynəlxalq cinayətləri nəzər alaraq, belə bir qanun layihəsinin hazırlanması olduqca vacib əhəmiyyət kəsb edir.

Aqressiv qadınlar qrupunun üzvləri

16 Noyabr 2017 12:54

Yəqin, siz də avtobusda sürücü ilə dalaşan qadınları görmüsünüz. Metroda adamı kobudcasına itələyən, çiyni ilə yıxan və baxışları ilə qarşısındakını günahkar bilən qadınlarla rastlaşmısınız.

“Biz cəmiyyətdən gələn belə bir təşəbbüsü alqışlayırıq"

16 Noyabr 2017 12:49

Noyabrın 16-da Milli Məclisdə "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təbliği məqsədilə "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq" mövzusunda yekun müzakirələr keçirilib.

Deputatdan qalmaqallı təklif

16 Noyabr 2017 12:48

Milli Məclisin deputatı Aqil Abbas Rusiyada xarici ölkələrdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsini təklif edib.

Ramil Usubov moldovalı həmkarı ilə görüşüb

16 Noyabr 2017 12:46

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Moldovanın daxili işlər naziri Aleksandr Jizdan Daxili İşlər Nazirliyində olub.

“Bakcell”in 4G xidməti artıq Gəncədə

16 Noyabr 2017 12:43

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə 4G LTE xidmətini Gəncə şəhərində istifadəyə verir. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.

“DəmirBank”ın filial müdiri həbs edildi - 3 milyonluq yeyinti

16 Noyabr 2017 12:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi başlayıb. 

Azərbaycan prezidenti Qazaxıstan baş nazirinin I müavinini qəbul edib

16 Noyabr 2017 12:34

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan baş nazirinin birinci müavini Askar Mamini qəbul edib. Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.

Zəlzələ səbəbindən "Transneft" Azərbaycandan nəqli dayandırıb

16 Noyabr 2017 12:32

Ötən gün Dağıstan ərazisində baş verən zəlzələ səbəbindən "Transneft" şirkəti Azərbaycandan neft nəqlini dayandırıb. Bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Demin bildirib.