Deputatdan qalmaqallı təklif

Milli Məclisin deputatı Aqil Abbas Rusiyada xarici ölkələrdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsini təklif edib.

"Xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun"

Milli Məclisin deputatı Aqil Abbas Rusiyada xarici ölkələrdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsini təklif edib. "Olaylar" xəbər verir ki, Aqil Abbas Mədəniyyət komitəsinin iclasında bununla bağlı danışıb. Deputat bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna görə, xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar: "Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31