Gündəm

“Böyük ömrün dastanı” əsəri əsasında kompozisiya 

12 Dekabr 2017 20:41

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” əsəri əsasında səhnələşdirilən və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan musiqili ədəbi-bədii tədbir keçirilib. Tədbir ADU ilə Şuşa Dövlət Musiqili Dram Teatrı arasıındakı əməkdaşlıq çərçivəsində baş tutub. Olaylar.az bildirir ki, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev iştirakçıları salamlayaraq Şuşa Dövlət Musiqili Dram Teatrını universitetdə görməkdən məmnun olduğunu bildirib.

Diplomatlar ölkəni  tərk etdilər

12 Dekabr 2017 20:37

Rusiyanın Yəməndəki səfirliyinin bütün əməkdaşları bu ölkəni tərk ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir

12 Dekabr 2017 20:28

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir. Olaylar.az bildirir ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü

12 Dekabr 2017 20:16

Dekabrın 12- də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin elmi işçisi Əzirə Abdullayeva “Heydər Əliyev – Azərbaycan xalqının Ümümimilli lideri” mövzusunda çıxış edib. Tədbirdə Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Sevda Mahmudova Qara Qarayevin do minor prelüdünü ifa etmişdir.

Ümummilli lider Heydər Əliyev anılıb

12 Dekabr 2017 20:13

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində  ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Olaylar.azbidirir ki, universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ümummilli lider Heydər Əliyevin anım gününü xalqımızın həyatında kədərli bir gün kimi xarakterizə edib. O, bildirib ki, ulu öndərin müstəqil Azərbaycanın yaranmasında və dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətləri var. 

Dəniz qumunun xeyirli və ziyanlı tərəfləri...

12 Dekabr 2017 20:10

Bir çoxlarımız dənizdə qum üzərində gəzərkən psammoterapiya - qumla müalicə növü ilə məşğul olduğumuzu bilmirik. İsinmiş qum orqanizmin hüceyrələrinə istini ötürərək, orqanlarımızı içəridən isidir. Bu isə bir çox xroniki iltihab reaksiyalarının müalicəsində kömək edir.

Tünd şokolad yaşlı insanlardax Tünd şokolad yaşlı insanlarda enerjini artırır...

12 Dekabr 2017 20:00

Yaşlı insanlar ayaqlarında qan dövranının pozulmaları səbəbindən sərbəst hərəkət edə bilmirlər. Yalnız tünd şokolad bu problemə müsbət təsir göstərir. Təcrübə göstərir ki, periferik arteriyası xəstə olan insanlar tünd şokolad yedikdə yerişin müddəti və distansiyasını artıra bilirlər. Effekt bir neçə saatdan sonra özünü göstərmişdir. Bu təsir yalnız tünd şokolada aiddir, südlü şokolad bu təsirə malik deyil.

Xəbərdarlıq: Bu giləmeyvə allergiyaya səbəb olur!

12 Dekabr 2017 19:54

Bu siyahıda ən ön sırada yer alan giləmeyvə - hər birimizin çox sevdiyi çiyələkdir. Bu giləmeyvə, dadı, ən əsası isə qoxusuna görə çoxlarının ən sevimli meyvəsidir. Lakin bu giləmeyvə bir tək qoxusu və dadı ilə deyil, orqanizm üçün çox xeyirli və lazımlı vitamin və mikroelemtlərlə zəngin olduğu üçün çox faydalı meyvələr sırasına daxildir.

Neyroşəbəkə insanı nəfəsinə görə tanıyıb

12 Dekabr 2017 19:49

ABŞ-ın Karnegi-Mellon Universitetinin (Carnegie Mellon University) alimlər qrupu tədqiqat apararaq sözlər arasında nəfəsalmanın qısa fasilələrinin fərdi xüsusiyyətlərindən istifadə etməklə kompüterə insanları tanımağı öyrədiblər. Bu imkan onunla izah olunub ki, nəfəs alınmasına nəzarət etmək çətindir və bu səbəbdən onu saxtalaşdırmaq qeyri-mümkündür.

Alimlər istənilən barmağı tərpətməyə imkan verən əl protezi yaradıblar

12 Dekabr 2017 19:43

Corciya Texnologiya İnstitutundan olan alimlər qrupu tərəfindən hazırlanmış əl protezi amputasiya edilmiş ələ malik insanlara bundan əvvəl qeyri-mümkün olan hərəkətləri etməyə imkan verir.

Qəbizliyin qarşısını alan  KİŞMİŞ SUYU

12 Dekabr 2017 19:40

Kişmiş və kişmiş suyu kaliumla zəngindir. Bu mineral bağırsaqların normal peristaltikasını (hərəkətlilik) təmin edir ki, nəticədə qəbizlik problemi aradan qalxır. Ailem.az saglamolun.az-a istinadən bildirir ki, müntəzəm olaraq kişmiş suyu içən insan qəbizlik problemi ilə vidalaşa bilər.

Ən yaxşı kameraya malik smartfonların siyahısı dərc edilib

12 Dekabr 2017 19:35

“DxOMark” şirkətinin ekspertləri smartfon kameralarının sınaqları üzrə yekunları dərc ediblər. Siyahıda birinci yeri “Google Pixel 2” smartfonu tutub. Mütəxəssislərin fikrincə, “Google Pixel 2” onların sınaqdan keçirdikləri mobil qurğular arasında ən mükəmməl kamera ilə təchiz edilib. Smartfon rekord 98 bal toplamağa nail olub.

Dünyanın ən innovativ şirkətlərinin reytinqi açıqlanıb

12 Dekabr 2017 19:28

Avropa Komissiyası 2017-ci il üçün ən innovativ şirkətlərin reytinqini dərc edib. Bu il tədqiqatlara və perspektivli texnologiyalara daha çox (13,7 milyard avro) Almaniyanın “Volkswagen” avtomobil konserni xərcləyib.

“NASA” 3 kosmik teleskop buraxacaq

12 Dekabr 2017 19:22

ABŞ Kosmik Agentliyi (NASA) yaxın 10 ildə kosmosa həyat üçün potensial yararlı planetlərin aşkarlanmasında  istifadə olunacaq 3 yeni teleskop buraxmaq niyyətindədir. “NASA” direktorunun köməkçisi Tomas Zurbukeninin sözlərinə görə, növbəti ilin martında kosmosa “Transiting Exoplanet Survey Satellite” (TESS - ulduzu qarşısında keçən planetlərin tədqiqi üzrə peyk) adlı aparatın buraxılması gözlənilir. “TESS” aparatının təyinatı parametrlərinə görə Günəş sistemi ilə daha çox müqayisə oluna biləcək Yerə yaxın planet sistemlərinin aşkarlanmasından ibarətdir.