Diplomatlar ölkəni  tərk etdilər

Rusiyanın Yəməndəki səfirliyinin bütün əməkdaşları bu ölkəni tərk ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Rusiyanın Yəməndəki səfirliyinin bütün əməkdaşları bu ölkəni tərk ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, səfir və diplomatik korpusun əməkdaşları öz missiyalarını Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində davam etdirəcəklər: "Sənadakı vəziyyəti nəzərə alaraq Rusiya diplomatlarının Yəməndəki fəaliyyətinin müvəqqəti olaraq dondurulmasına qərar vermişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31