“Böyük ömrün dastanı” əsəri əsasında kompozisiya 

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” əsəri əsasında səhnələşdirilən və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan musiqili ədəbi-bədii tədbir keçirilib. Tədbir ADU ilə Şuşa Dövlət Musiqili Dram Teatrı arasıındakı əməkdaşlıq çərçivəsində baş tutub. Olaylar.az bildirir ki, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev iştirakçıları salamlayaraq Şuşa Dövlət Musiqili Dram Teatrını universitetdə görməkdən məmnun olduğunu bildirib.

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" əsəri əsasında səhnələşdirilən və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan musiqili ədəbi-bədii tədbir keçirilib. Tədbir ADU ilə Şuşa Dövlət Musiqili Dram Teatrı arasıındakı əməkdaşlıq çərçivəsində baş tutub.

Olaylar.az bildirir ki, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev iştirakçıları salamlayaraq Şuşa Dövlət Musiqili Dram Teatrını universitetdə görməkdən məmnun olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin anım günü olduğunu xatırladaraq tədbirin onun əziz xatirəsinə həsr olunduğunu söyləyib. 

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən nümayiş olunan kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31