Ümummilli lider Heydər Əliyev anılıb

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində  ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Olaylar.azbidirir ki, universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ümummilli lider Heydər Əliyevin anım gününü xalqımızın həyatında kədərli bir gün kimi xarakterizə edib. O, bildirib ki, ulu öndərin müstəqil Azərbaycanın yaranmasında və dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətləri var. 

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində  ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Olaylar.azbidirir ki, universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ümummilli lider Heydər Əliyevin anım gününü xalqımızın həyatında kədərli bir gün kimi xarakterizə edib. O, bildirib ki, ulu öndərin müstəqil Azərbaycanın yaranmasında və dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətləri var. 

Tədbirə qonaq qismində qatılan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi Vüsal Quliyev ulu ondərin sovet dövrü və müstəqillik illərindəki siyasi fəaliyyətindən bəhs edib. Onun sözlərinə görə, ulu öndər sovet hakimiyyət orqanlarında çalışdığı zaman mərkəz tərəfindən Azərbaycana xüsusi önəm verilib, müxtəlif əhəmiyyətə malik obyektlər məhz ölkəmizin ərazisində salınıb, konstitusiyada Azərbaycan dili dövlət dili elan olunub. V.Quliyev həmçinin ulu öndərin ictimai-siyasi, iqtisadi, təhsil və mədəniyyət, səhiyyə, ordu quruculuğu və digər sahələrdəki xidmətlərindən söz açıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31