Dünyanın ən innovativ şirkətlərinin reytinqi açıqlanıb

Avropa Komissiyası 2017-ci il üçün ən innovativ şirkətlərin reytinqini dərc edib. Bu il tədqiqatlara və perspektivli texnologiyalara daha çox (13,7 milyard avro) Almaniyanın “Volkswagen” avtomobil konserni xərcləyib.

Avropa Komissiyası 2017-ci il üçün ən innovativ şirkətlərin reytinqini dərc edib. Bu il tədqiqatlara və perspektivli texnologiyalara daha çox (13,7 milyard avro) Almaniyanın "Volkswagen" avtomobil konserni xərcləyib.
İkinci yeri xərcləri 12.9 milyard avro təşkil edən "Google" şirkətinin sahibi ABŞ-ın "Alphabet" holdinqi tutub.
Üçüncü pillədə 12,4 milyard avro xərclə ABŞ-ın "Microsoft" korporasiyası, dördüncüdə bu məqsədlərə 12,2 milyard avro sərf edən Cənubi Koreyanın "Samsung Electronics" şirkəti yer alıb.

Liderlər beşliyini daha bir ABŞ şirkəti - "Intel" tamamlayıb. Onun innovasiyalara xərcləri 12,1 milyard avroya bərabər olub. Çinin "Huawei" şirkətinin geridə qoyduğu "Apple" korporasiyası siyahıda 7-ci yerlə kifayətlənib. "ICTnews" Elektron Xəbər Xidməti "CHIP" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31