Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü

Dekabrın 12- də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin elmi işçisi Əzirə Abdullayeva “Heydər Əliyev – Azərbaycan xalqının Ümümimilli lideri” mövzusunda çıxış edib. Tədbirdə Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Sevda Mahmudova Qara Qarayevin do minor prelüdünü ifa etmişdir.

Dekabrın 12- də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin elmi işçisi Əzirə Abdullayeva "Heydər Əliyev - Azərbaycan xalqının Ümümimilli lideri" mövzusunda çıxış edib. Tədbirdə Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Sevda Mahmudova Qara Qarayevin do minor prelüdünü ifa etmişdir. Daha sonra ulu Öndərimizin şərəfli ömür yoluna həsr olunmuş, bəstəkar Vasif Allahverdiyevin "Heydər Əliyev - ömür yolu" simfonik poeması əsasında rejissor Nazim Əkbərovun çəkdiyi filmin nümayişi olmuşdur (İdeya müəllifi və baş məsləhətçi - millət vəkili Fəttah Heydərov, dirijor - xalq artisti Rauf Abdullayev).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31