Gündəm
Çinlilər "Qarabağ"ın aparıcı hücumçusunu almaq üçün gəlir
“Qarabağ”ın legioneri Dino Ndlovunun Çinə transfer olunmaq məsələsi ciddi mərhələyə qədəm qoyub. Bu barədə occerladuma.co.za saytı məlumat verib. Məlumatda bildirilir ki, Çinin “Xanqzou Qrintaun” klubu gələn ay “Qarabağ”a böyük məbləğdə pul ilə qonaq gəlməyi düşünür. D.Ndlovunun “Qarabağ”la müqaviləsinin müddəti 6 aydan sonra bitəcək. Buna görə təklif haqqqında düşünüləcəyi ehtimal edilir. Klub isə futbolçudan gəlir götürməyi hədəflədiyi üçün qış transfer pəncərəsində 750 min avro təzminat almaqla, D.Ndlovunu satacaq.
Çavuşoğludan SƏRT AÇIQLAMALAR: "ABŞ qoçuluq edir"
BMT-nin Baş Assambleyasının Qüdslə bağlı xüsusi sessiyası davam edir. Sessiyada Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu çıxış edib və haqq-ədalətin yanında olacaqlarını bildirib. "Burada dəfələrlə toplantılara qatıldıq. Söylədik ki, fələstinlilərin də bizim kimi azad, firavan yaşamağa haqqı var. Ancaq işğal vəziyyəti davam etməkdədir.
ABŞ-da “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilib. ADU-nun dosenti və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva qeyd olunan tədbirdə iştirak edib. Ş.Nağıyeva ilə müsahibəmizi təqdim edirik.
Güləşçi soyğunçuluqda ittiham edilir
Sərbəst güləş üzrə Avropa çempionu olmuş Azərbaycan idmançısı Anar İsmayılov soyğunçuluqda ittiham edilir. İdmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilən A. İsmayılovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Marsda yoxa çıxan suların sirri tapıldı
İngiltərənin Oksford Universitetində aparılan araşdırma Mars planetində niyə su olmadığını ortaya çıxarıb. Araşdırma nəticəsində məlum olub ki, Marsın səthi süngərşəkilli olduğu üçün əvvəllər var olan su sonradan planetin mərkəzinə doğru çəkilib. Qırmızı planetdə su və yaşayışla bağlı axtarışlar davam etsə də, elm adamları müzakirələrə son qoymuş kimi görünürlər. Marsdakı qayalar Yer planetindəkilərə nisbətən 25% daha çox su tutma potensialına malikdir. Buna görə də qayalar Marsın səthindəki suları əmir.
“Dell Vostro 5370” biznes noutbuku təqdim edilib
“Dell” şirkəti biznes istifadəçiləri üçün nəzərdə tutulan kompakt “Vostro 5370” noutbukunu nümayiş etdirib.
Gülüşlə müalicə...
Gizlin deyil ki, bizim sağlamlığımız ilk növbədə bizim əhvalımızdan asılıdır. Bəhva İbn Həvəsxan "Mədənüş-şifa" (1512 il) əsərində insanın hal-əhvalı və fiziki sağlamlığı arasındakı qarşılıqlı əlaqəni belə izah edir: İnsan bədəndən və ruhdan, yəni psixiki maddədən ibarətdir. Məhz bu müştərək birləşmə xəstəliyə məruz qalır, çünki ayrı-ayrılıqda nə bədən nə də ruh xəstələnmək bacarığına qadir deyil. Ortaəsr mənbələrinə görə, hər hansı bir emosiya orqanizmdə spesifik funksional dəyişiklik yaradır.
Avtonom döşəməyuyan robotun sınağı keçirilir
“Walmart” pərakəndə satış şəbəkəsi beş mağazada döşəmələrin yuyulması üçün avtonom robotun sınaqlarını aparır. “Brain Corp.” şirkəti tərəfindən hazırlanan döşəməyuyan maşının kamera, ötürücü və lidar optik ötürücüləri ilə təchiz olunması ona yolda manevr etməyə və maneələri dəf etməyə imkan verir. Əvvəlcə insan tərəfindən yolun açılması üçün idarə olunan robot sonradan marşrutu yadda saxlayır və istiqaməti müstəqil müəyyənləşdirir.
Kompüter məhkəmədə yalanı ifşa edəcək
ABŞ mütəxəssisləri məhkəmədə müttəhimin yalanını onun sifəti və səsinə görə müəyyənləşdirən "DARE" adlı süni intellekt sistemi yaradıblar. Sınaqlar proqramın bu vəzifənin öhdəsindən insandan daha yaxşı gəlməsini göstərib. Belə ki, kompüter tərəfindən yalanın müəyyənləşdirmə göstəricisi 90 faiz təşkil edib. Proqramın "AAAI-18" süni intellekt konfransında nümayişi gözlənilir.
Mobil qurğular üçün miniatür kənar akkumulyator buraxılıb
Çinin “Xiaomi” şirkəti “ZMI” subbrendi çərçivəsində mobil qurğuların enerji ilə doldurulması üçün yeni “Power Bank Mini” kənar akkumulyatorunu təqdim edib. Qabaritlərinin kiçikliyi ilə seçilən yeni qurğu istehsalçı tərəfindən buraxılan ən miniatür akkumulyatordur.
Beynəlxalq Muğam Mərkəzində Həmrəylik günü qeyd olunacaq
Dekabrın 31- də Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzi ilə birgə təşkilatçılığı ilə Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçiriləcək. Tədbirdə rayon rəhbərliyi, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirakı nəzərdə tutulmuşdur.
Orqanizmin sizə ötürdüyü 7 SOS siqnalı...
Orqanizmimiz tez-tez bizə ilk mərhələdə sağlamlığımızda yaranmış potensial problem haqqında məlumat verir. Amma biz bu siqnalları qulaqardı edirik. Nəticədə isə yaranan xəstəliklərlə mübarizə aparmalı oluruq. Odur ki, orqanizmin bizə ötürdüyü və bizim qulaqardı etdiyimiz 7 SOS siqnalı haqqında sizə də məlumat verir ki, tədbirli olasınız.
Nə üçün uşaq ana bətnində təpik atır?
Kazan Federal Universitetinin alimləri ana bətnində olan uşaqların nə üçün təpik atdıqlarını, kəskin hərəkətlər etdiklərini Fransanın “Inserm” şirkətindən olan həmkarları ilə birlikdə aydınlaşdırıblar.
Qaraciyər problemini aradan qaldıran, qanı təmizləyən NADİR RESEPT
Düzgün qidalanmamaq, pis vərdişlər qaraciyər daxil olmaqla bütün orqanizmə mənfi təsir edir.
“Türkologiya” jurnalının növbəti sayı nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2017-cı il üçün 4-cü (sonuncu) sayı işıq üzü görüb. Olaylar.az bildirir ki, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Bolqarıstan alimlərinin məqalələri yer alıb.














