Gündəm
İnterpol 49 yaşlı azərbaycanlını axtarışa verdi - FOTO
İnterpol 49 yaşlı azərbaycanlı barədə axtarış elan edib. Beynəlxalq axtarış elan edilən 1968-ci il təvəllüdlü Vüqar Şabanov dələduzluqda təqsirləndirilir.
Təyyarə qəzaya uğradı
Meksikanın Kintana-Roo ştatında turistləri daşıyan təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində həlak olan olmayıb. Təyyarədə olan 4 turist və 1 pilot müxtəlif xəsarətlər alıblar. .
ŞOK: Heyvan nəcisindən salfet düzəldirlər - FOTO
Çinin Sicuan əyalətində fəaliyyət göstərən “Qianvei Fenqshenq” kağız şirkəti “Nəhəng Pandaları Qoruma və Araşdırma” mərkəzi ilə birgə qəribə layihə həyata keçirib. Şirkət ölkənin simvollarından olan pandaların nəcisindən və yediyi bambuk ağaclarının qalığından tualet kağızı, kağız və salfet istehsal edib. Yaxın gələcəkdə “Panda nəcisi” (Panda Poo) adı altında satışa çıxarılacaq məhsulların qablaşdırılmasında bambuk ağacı yeyən panda təsviri verilib.
Kilsə rahibinin əsl peşəsi hamını şoka saldı - FOTOLAR
Rusiyanın cənub-qərbində yerləşən İvanovka kəndində kiçik bir kilsənin baş rahibi ölkəsində manşet olub. Rahib Maksim Pastuxov əzələ nümayişi yarışmasına qatılıb və 3-cü yerə layiq görülüb.
Qarabağ abidələrini tanımaq borcumuzdur!
Fiziki şəxs Heydərov Heydər Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ abidələrini tanımaq borcumuzdur!” layihəsi çərçivəsində yanvar ayında tədbirlərin keçirilməsinə start verəcək. Olaylar.az bildirir ki, layihənin məqsədi Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən vandalizmə uğradılması barədə gənclərimizi, rayon ictimaiyətini məlumatlandırmaqdan ibarətdir
Hadisə Azərbaycanda konsert verəcək
Türkiyənin "Ensonhaber.com" agentliyi ölkə müğənnilərinin Yeni ili harda qarşılayacaqları ilə bağlı xəbər yayıb. Agentlik müğənni Tarkanın Yeni ildə Kiprdə konsert verəcəklərini bildirib. Məlumata görə, Tarkanla yanaşı, Candan Erçetin və Ebru Gündeş də Yeni ili Kiprdə qarşılayacaqlar.
Misirli alimlər Əlyazmalar İnstitutunda
Misirin Süveyş Kanalı Universitetinin professoru Əbdülrəhim əl-Kurdi və İslam Əməkdaşlıq Təşkilatının nəzdində Misir Əlyazmaları İnstitutunun məşhur xəttatı Məhəmməd Öməri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Olaylar.az bildirir ki, İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli ilə görüşdə qonaqlara müəssisənin beynəlxalq əlaqələrindən danışılıb, “İslam Həmrəyliyi İli” çərçivəsində institutda həyata keçirilən layihələr barədə məlumat verilib.
Hüseyn Cavidin sözlərindən ibarət mahnılar
Olaylar.az bildirir ki, “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” ölkə Prezidentinin Sərəncamına əsasən “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomu işıq üzü görüb.
27 illik düşmənlik başa çatdı - İKİ ƏFSANƏ BİR ARADA - VİDEO
Uzun müddətdir küsülü olan Amerika Basketbol Liqası NBA-nın iki əfsanəsi Mecik Conson və İsax Tomas yenidən bir araya gəlib. İki dost 1990-cı ildə yaşanan bir hadisədən sonra düşmənə çevrilmişdi. Keçmiş dostlar “NBA” televiziyasındakı bir proqramda görüşüblər. İkili verilişdə Mecikin üzr istəməsindən sonra qucaqlaşaraq barışıblar.
ABŞ Kərimovun qızına sanksiya tətbiq etdi
ABŞ Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı “Maqnitski siyahısı” çərçivəsində sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında informasiya verilib. Məlumatda bildirilib ki, Kərimova müxtəlif cinayətlər həyata keçirən sindikata rəhbərlik edib. Bu cinayətlərə şirkətlərin ələ keçirilməsi, bazarların monopoliyaya alınması, rüşvət və reketlik daxildir.
Həbsxanaya şor gətirdi - İçindən görün nə çıxdı?
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Çeçenistanda XÜSUSİ ƏMƏLİYYAT - 400 maskalı Yamadayevlər ailəsinə hücum etdi
Çeçenistanın Qudermes şəhərində 400 maskalı şəxs Yamadayevlərin ailə üzvlərinin yaşadığı evlərə hücum ediblər. Bu barədə “Rosbalt” mənbəyə istinadən yazıb. Bildirilir ki, silahlı şəxslər heç bir izahat vermədən evlərə soxularaq, sakinləri saxlayırlar.
Azərbaycanlı İtaliyada polisi döydü
İtaliyada azərbaycanlı və onun iki dostu polis əməkdaşlarına hücum ediblər. Üç sərxoş kişi polislərə müqavimət göstəriblər və onlara xəsarətlər yetiriblər. Hadisənin iştirakçılarından biri Ferrara şəhərində yaşayan, adı polisin məlumatında S.E. kimi göztərilmiş 42 yaşlı azərbaycanlıdır. Hücum edənlərdən digər iki nəfər isə 35 və 37 yaşlı moldovalılardır.
21 yaşlı gəlin dərmandan zəhərlənib
ədəbəy rayonunda 21 yaşlı gəlin dərmandan zəhərlənib. Hadisə rayonun Moruqlu kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Tağıyeva Nuranə Qədim qızı evlərində övladı üçün alınan sinir dərmanını səhvən su bilərək içib. Qadın təcili olaraq xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.
Oskara namizədlərin siyahısı açıqlanıb
ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyası Oskar mükafatının əsas nominasiyası uğrunda mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb. "İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub.














