Gündəm
XİN İtaliyanın öz mövqeyində davamlılıq nümayiş etdirəcəyinə inanır
"ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil edilməsini müsbət qiymətləndiririk".
Pakistandan ABŞ-a: Günah bizdə yox, sizdədir
Pakistan Baş naziri Şahid Hakan Abbasi bu gün ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq hökumətin təcili iclasını keçirəcək. Hökumətin iclası ilə bərabər Milli Təhlükəsizlik Komitəsi də toplanacaq. Xarici İşlər Nazirliyi isə artıq bu gün Amerika səfiri Devid Heyliyə Xarici İşlər naziri Xoca Məhəmməd Asifin etiraz məktubunu təqdim edib.
ABŞ Yəməndə müharibəyə qatılır? - Nazir açıqladı
Vaşinqton vətəndaş ölümlərinin azalması üçün əlindən gələni edəcək. Bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mettis bildirib. Mettis ABŞ-ın Yəməndə müharibəyə müdaxilə etməli olduğunu və müharibənin qarşısını almaq üçün lazım olan hər bir addımın atılacağını vurğulayıb.
Türkiyə Suriyadan vuruldu – Dərhal cavab
Suriyadan Türkiyənin Hatay vilayətinə iki top mərmisi atılıb. Mərmilərin Bələngöz sərhəd məntəqəsinin yaxınlığındakı boş əraziyə düşdüyü, tələfat olmadığı bildirilib.
Şimali Koreya danışığa gəlir - Tramp
Şimali Koreyaya qarşı sanksiya və digər tədbirlər öz nəticəsini göstərməyə başlayır. Pxenyan Seulla danışmaq arzusunu dilə gətirib. Bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
Məşhur aktrisa İrandakı etiraz aksiyalarından yazdı: "Gözəl bir qığılcım alovlanıb" - FOTOLAR
Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay İranda baş verən etiraz aksiyalarına münasibət bildirib. Aktrisa bu barədə “Tvitter” səhifəsində yazıb.
Ölkənin "Ehtiyat Fondu" ləğv edildi
Rusiya Federasiyası 2018-ci ildən etibarən ölkənin ehtiyat fondunu ləğv edərək yeni sistemə birləşdirib. Sözügedən dəyişikliklə bağlı qərar 2018-ci il yanvar ayının 1-dən etibarən rəsmi olaraq qüvvəyə minib.
Azərbaycan XİN İranda baş verən hadisələrə münasibət bildirdi
Azərbaycan Xarici İşlər Nazirliyison günlərdə İranda baş verən hadisələrə münasibət bildirib. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.
Tərtərdə mərmi tapıldı - FOTO
Tərtər rayonu ərazisində 1 ədəd mərmi tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, yanvarın 2-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Qaynaq kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Türkiyəli mütəxəssis Qətər komandasının baş məşqçisi təyin olundu
Türkiyəli futbol mütəxəssisi Bülent Uyğun Qətərin “Əl-Qarafa” futbol komandasının baş məşqçisi təyin olunub. Klubun rəsmi saytında bildirilir ki, 46 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Üç gündə üç general həlak oldu
Suriyada üç gün ərzində üç briqada generalı öldürülüb. Bu barədə silahlı münaqişələrin təhlili ilə məşğul olan “WarJournal” Telegram kanalı məlumat yayıb.
Nyu-Yorkda GÜCLÜ YANĞIN: 12 nəfər xəsarət aldı
2018-ci ilin ilk planeti kəşf olundu - FOTO
2018-ci ilin ilk planeti kəşf olundu. Amerikalı alimllər apardıqları araşdırmaların nəticəsini açıqlayıblar. Alimlər müşahidə zamanı "Kepler-22" adlandırılan panetdə su olduğunu aşkarlayıblar. Onların iddialarına görə, planetdə hazırda həyat olmasa da, həyat üçün zəruri olan elementlərdən biri - su mövcuddur.
İŞİD-in fransalı "beton" qadını ƏLƏ KEÇDİ - FOTO/VİDEO
Fransanın İŞİD sıralarına qatılan ən təhlükəli cinayətkarlarından biri saxlanılıb. Əslən fransalı olan Emiliya Köninq Kürd əsgərləri tərəfindən Suriyada ələ keçirilib. Hazırda Suriyada düşərgədə saxlanılan "beton" ləqəbli gənc qadın beynəlxaql səviyyədə axtarışda olub.
17 yaşlı qıza qarşı sevgilisindən DƏHŞƏTLİ ƏMƏL: görüşə gəldi və...
Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 2000-ci il təvəllüdlü Rəfiqə Qasımova bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göatərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlum olub ki, Rəfiqə Qasımova mübahisə zəminində sevdiyi oğlan tərəfindən bıçaqlanıb.







.jpg)






