Türkiyəli mütəxəssis Qətər komandasının baş məşqçisi təyin olundu
Türkiyəli futbol mütəxəssisi Bülent Uyğun Qətərin “Əl-Qarafa” futbol komandasının baş məşqçisi təyin olunub. Klubun rəsmi saytında bildirilir ki, 46 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
2 Yanvar 2018 19:20 DünyaTürkiyəli futbol mütəxəssisi Bülent Uyğun Qətərin "Əl-Qarafa" futbol komandasının baş məşqçisi təyin olunub.
Klubun rəsmi saytında bildirilir ki, 46 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, B.Uyğun 2013-2016-cı illərdə də Qətərdə çalışıb. O, "Umm Salal" komandasına rəhbərlik edib. Cari mövsümə Türkiyə təmsilçisi "Osmanlıspor"un sükanı arxasında başlayan mütəxəssis 5-ci turdan sonra istefaya göndərilib. "Əl-Qarafa" Qətər Premyer Liqasının geridə qalan 11 turundan sonra 11 xalla 7-ci pillədə qərarlaşıb. A24.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31