Gündəm
20 qəpiklik "peraşkilər", 1 manatlıq dönərlər...
Hərdən ac vaxtımızda zərərli hesab edilən qidalardan yeyirik. 20 qəpiklik "peraşki" və 1 manatlıq dönərlər belə vaxtlarda çoxlarımızın köməyinə çatsa da, ziyanını illərlə ödəməli oluruq. Əslində, onu satan da, alan da bu cür qidaların zərərli olduğunu bilir. Lakin yenə də satılıb-alınır.
Fransada 200 minə yaxın ev işıqsız qaldı
Fransada tüğyan edən "Eleanor" qasırğası 200 minə yaxın evi işıqsız qoyub. Bu barədə məlumatı "Enedis" milli elektrik təchizatı şirkətinin mətbuat xidməti yayıb. Xidmətin "Twitter" mikrobloqunda yayımlanan məlumatında deyilir: "Enedis"in 2 min əməkdaşı elektrik enerjisinin "Eleanor" qasırğasından əziyyət çəkən 200 min abunəçiyə verilişinin bərpa edilməsinə çalışırlar".
İraqın təhlükəsizlik qüvvələri 15 İŞİD terrorçusunu məhv edib
İraqın təhlükəsizlik qüvvələri ölkənin qərbində İraq-Suriya sərhədi yaxınlığında sərhədi keçib İraqa daxil olan 15 İŞİD terrorçusunu məhv edib. Bu barədə "Sinxua"xəbər agentliyi İraqın daxili işlər nazirliyinə istinadən məlumat yayıb.
Bu xəbəri oxuyanlar daha təyyarədə uçmayacaq - NASA-dan ŞOK ARAŞDIRMA
Təyyarələrin uçduğu yüksəklik artdıqca radiasiyanın miqdarı da artır. belə qənaətə Amerika Milli Kosmik Agentliyinin (NASA) alimləri gəliblər. Təyyarədə səyahətin insan sağlamlığı üçün təsirlərini araşdıran NASA-nın radiasiya mütəxəssisi Eddie Semonesin sözlərinə görə, yüksəklik artdıqca insanların qəbul etdiyi radiasiyanın miqdarı da artır.
İranın müxtəlif şəhərlərində iğtişaşlara qarşı yürüşlər keçirilir
İranın müxtəlif şəhərlərində son hadisələrə etiraz əlaməti olaraq yürüşlər keçirilir. Məlumata görə, Əhvaz, Kirmanşah, Qum, Xorrəmabad, Abadan və digər şəhərlərdə keçirilən kütləvi aksiyalar "Vəhdət yürüşü" adlandırılıb. Aksiya iştirakçıları "Amerikaya ölüm", "Fitnə yaradanlara ölüm" və "İsrailə ölüm" şüarları səsləndiriblər, iğtişaşçıların cəzalandırılmasını tələb ediblər.
Saakaşvilinin ekstradisiyasına hazırlıq gedir – Gizli danışıqların DETALLARI
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tezliklə Ukraynadan vətəninə ekstradisiya edilə bilər. Bu haqda siyasətçinin özü bildirib. Onun sözlərinə görə, yanvarın 3-də onunla bağlı üç məhkəmə prosesinin paralel keçirilməsi bunu deməyə əsas verir.
İran bu ölkəni agentlərin hazırlıq bazasına çevirib – İsraildən İTTİHAM
İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) İordan çayının qərb sahilində fəaliyyət göstərən “terror şəbəkəsi”ni ifşa edib. Bu haqda İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə, terror şəbəkəsi İran kəşfiyyatına işləyirdi.
İsraildən açıq təhdid: “Hazır olun, vuracağıq!”
“Qəzzadan atıldığı iddia edilən raketlərin arxasından “İslami Cihad” hərəkatı çıxarsa, liderlərini hədəf alacağıq”. Bu sözləri İsrail ordusunun sözçüsü Aviçay Adrae deyib. O, dekabrın 29-da Qəzzadan atılan raketlərlə bağlı araşdırmanın tamamlandığını bildirib.
Misirdə böyük terror aktının qarşısı alındı
Misir təhlükəsizlik qüvvələri bir qrup terrorçu tərəfindən hazırlanan böyük terror aktının qarşısı alıb. Bu barədə ölkənin daxili işlər nazirliyinin nümayəndəsi deyib. Belə ki, polis paytaxt Qahirənin yaxınlğında yerləşən yaşayış məntəqələrin birində partlayıcı maddələrin olduğu ambar barədə məlumat alıb.
Saakaşvili Kiyev sakinlərini mitinqə səslədi
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubertnatoru Mixail Saakaşvili Kiyev sakinlərini hüquq müdafiəçisi İrina Nozdrovskayanın qətli ilə bağlı mitinqə səsləyib. Siyasətçi şəhər sakinlərini DİN və Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) binasının qarşısında toplaşaraq qətl işinin ədalətli aparılmasını tələb etməyə səsləyib.
"Qarabağ münaqişəsinin həlli üçün həmsədrlərlə birlikdə cəhdlərimizi davam etdirəcəyik"
"İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcək".
"Prezident Cümhuriyyətə xüsusi qiymət verir" - Yaqub Mahmudov
“2017-ci ilin ən böyük uğurlarından biri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları ilə bağlı tədqiqatların davam etdirilməsidir. Bu, ən böyük nailiyyətimizdir. Dehlidən başlayaraq Sankt-Peterburq, Moskva, Paris, Berlin, London, İstanbuldan bununla bağlı yüzlərlə sənəd gətirmişik”.
Boşanmalar niyə yanvarda artır?
"The Times" qəzeti yazır ki, yanvar ayı bir çoxları üçün, məsələn daha sağlam həyat tərzi barədə yeni başlanğıc olsa da, bəziləri daha az xoşagələn problemləri məhz bu ayda həll etməyə çalışırlar.
Qərargah: Hava şəraitinin kəskin pisləşməsi səbəbindən alpinistlərin axtarışı üzrə işlər məhdudlaşdırılıb
Əməliyyatın aparıldığı ərazidə hava şəraitinin kəskin pisləşməsi (qar yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) ilə əlaqədar olaraq axtarış-xilasetmə işləri məhdudlaşdırılıb.
Əfqanıstanda 65 İŞİD üzvü zərərsizləşdirildi
Əfqanıstan Silahlı Qüvvələrinin bu gün keçirdiyi əməliyyat zamanı 65 İŞİD üzvü zərərsizləşdirilib. Bu barədə "Tolo News" kanalı məlumat yayıb. Nanqarhar vilayəti qubernatorunun nümayəndəsi Ataullı Xoqiyani bildirib ki, Xaska Mina regionunda havadan və qurudan edilən hücum zamanı daha 18 nəfər yaralanıb.














