Ermənistan parlamentində Bakıda saxlanılan erməni məhkumlarla bağlı aksiya keçirilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin sentyabrın 14-də keçirilən iclasında müxalifətin "Güclü Ermənistan" blokundan olan deputat Syuzanna Avetisyan Bakıda həbsdə saxlanılan Dağlıq Qarabağın keçmiş müdafiə naziri Levon Mnatsakanyana dəstək aksiyası keçirib.

Sədr müavini Ruben Rubinyanın deputatları ad günü münasibətilə Avetisyanı alqışlamağa dəvət etdiyi an deputat ayağa qalxaraq üzərində Mnatsakanyanın fotosu və bu gün onun da ad günü olduğunu bildirən plakat qaldırıb. Bundan əlavə, Avetisyan Azərbaycanda saxlanılan digər erməni məhkumların   şəkilləri əks olunmuş köynək geyinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31