Nyu-Yorkda GÜCLÜ YANĞIN: 12 nəfər xəsarət aldı

Nyu-Yorkun Bronks məhəlləsindəki evlərdən birində baş verən yanğın nəticəsində azı 12 nəfər xəsarət alıb.

Binanın birinci mərtəbəsindəki mebel mağazasında başlayan yanğın sonradan mənzillərə yayılıb. Alovla mübarizəyə 150-dən çox yanğınsöndürən cəlb olunub. Zərərçəkənlərdən birinin aldığı zədələr ciddi qiymətləndirilir.

Yanğının səbəbi barədə hələlik məlumat verilmir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31