Üç gündə üç general həlak oldu

Suriyada üç gün ərzində üç briqada generalı öldürülüb. Bu barədə silahlı münaqişələrin təhlili ilə məşğul olan “WarJournal” Telegram kanalı məlumat yayıb.

Suriyada üç gün ərzində üç briqada generalı öldürülüb. Bu barədə silahlı münaqişələrin təhlili ilə məşğul olan "WarJournal" Telegram kanalı məlumat yayıb.

Məlumata əsasən, yanvarın 2-də Suriya Ərəb Ordusunun generalı Həbib Mahrez Yunis öldürülüb. O Haras rayonunda döyüşlər zamanı həlak olub.

Bundan əvvəl üsyançılarla toqquşmalarda general Əli Diopun öldürülməsi barədə məlumat verilmişdi.

Dekabrın 31-də isə hərbi baza uğrunda döyüşlərdə Quru Qoşunların generalı Məhəmməd Cenad həlak olmuşdu. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31