Gündəm

Reynaldo bu klubla müqavilə imzalayır - 1 illik

18 Fevral 2018 15:10

"Qarabağ"ın sabiq futbolçusu Reynaldonun yeni klubu bəlli olub. Özəl məlumata görə, braziliyalı baxışda olduğu "Aktobe"nin məşqçilər korpusundan müsbət rəy alıb. Qazaxıstan təmsilçisi sabah "sambaçı" ilə 1 illik müqavilə imzalayacaq.

Netenyahu İranı təhdid etdi

18 Fevral 2018 15:08

İsrail İranın Suriyada fəaliyyət göstərə, möhkəmlənə bilməməsi üçün bütün gücünü sərf edəcək. Məlumata görə, bunu bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransında İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.

YENİLİK: internetdə evlənmək mümkün olacaq

18 Fevral 2018 15:06

Yaxın gələcəkdə Rusiyada internet vasitəsilə evlənib-boşanmaq mümkün olacaq. Məsafəli evlənmə və ya boşanma vahid dövlət portalında yaradılan “şəxsi kabinet” vasitəsilə baş tutacaq. Evlənmək istəyənlər üçün internet VVAQ-da gün təyin olunacaq, sonra online olaraq nikah kəsiləcək. Eynilə boşanmaq istəyənlər də bu xidmətdən yararlana biləcəklər. Amma bunun üçün kart vasitəsilə xidmət haqqı da ödəniləcək. Hesab edilir ki, belə üsul vasitəsilə vaxt itkisi və əlavə xərclər də aradan qalxar.

Antarktidadakı donmayan “Qanlı şəlalə”nin SİRRİ

18 Fevral 2018 15:04

Antarktida materikində illərdir alimləri maraqlandıran “Qanlı şəlalə”nin sirri tapılıb. Qan rəngində qırmızı su şəklində axan şəlalənin yaşı milyon ildən artıqdır.

Rusiyadan İrana şok: İsraili müdafiə edəcəyik

18 Fevral 2018 15:03

Əgər İran İsrailə hücum etsə, Rusiya İsrailin yanında yer alacaq. Bunu “Tayms of İsrail” qəzetinə müsahibəsində Rusiyanın İsraildəki səfirinin müavini Leonid Frolov deyib.

Almaniya dünya üçün ən böyük təhdidi açıqladı

18 Fevral 2018 15:01

Dünyada stabilliyə əsas təhdid kiberhücumlardır. Bunu CNBC televiziyasına müsahibəsində Almaniya Müdafiə naziri Ursula fon Layer söyləyib. Onun sözlərinə görə, artıq terror təşkilatları da kiberhücumlardan yararlanırlar:

Qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb - XİN

18 Fevral 2018 14:59

İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Uşağı olmayanlar YANDI: YENİ VERGİ

18 Fevral 2018 14:58

Rusiyada qəribə vergi öhdəliyi qoyula bilər. Uşağı olmayan ailələr buna görə vergi ödəməli olacaq. Moskva Hökumətinin Sosial siyasət və əmək münasibətləri üzrə sədr müavini Nikolay Qubenko bu barədə bildirir ki, Moskvada kifayət qədər yaxşı təmin olunmuş, amma uşaqsız ailələr var. Həmin təminatlı ailələrin ya uşaqları olmalıdır, ya da uşaq istəmirlərsə, vergi verməlidirlər.

Afrindən və Hakkaridən ACI XƏBƏR

18 Fevral 2018 09:57

Türkiyə Silahlı Qüvvələri (TSQ) "Zeytun budağı" əməliyyatı çərçivəsində daha iki şəhid verib. Acı xəbər Afrin və Hakkaridən gəlib. Hakkaridə daha bir əsgərin yaralandığı bildirilir.

Hərbçilər minaya düşdü

18 Fevral 2018 09:52

Uşaq bağçasında 87 uşaq zəhərləndi

18 Fevral 2018 09:50

Moskva şəhərinin uşaq bağçalarından birində valideynlər 87 uşağın zəhərləndiyini bildiriblər. Uşaqlarının sağlamlığına görə narahat olan valideynlər məsələnin araşdırılmasına prokurorluq orqanlarını cəlb etmək istəyirlər. “Nahar vaxtı uşaqlar eyni zamanda özlərini pis hiss ediblər. Kəskin əlamətlər – qusma, qarı ağrısı, bəzilərində qızdırma. Hamı uşağını götürməyə getdi. Mənim uşağımın vəziyyəti axşamtərəfi pisləşdi – hərarəti 39,5 dərəcəyə qalxdı”, – deyə uşaqlardan birinin anası danışıb.

6 yaşlı uşağa təcavüz edib öldürdü - DƏHŞƏTLİ CİNAYƏT

18 Fevral 2018 09:49

6 yaşlı uşağa təcavüz edən kişiyə 4 dəfə edam cəzası verildi. Pakistanın Kasur şəhərində 24 yaşlı İmran Əli adlı şəxs 6 yaşlı Zeynəb Ənsariyə təcavüz edib daha sonra öldürüb. İ.Əlinin məhkəməsində “yalan aparatı” da istifadə edilib və DNT nümunələri götürülüb. Məlumata görə, İ.Əli törətdiyi hadisəni etiraf edib, hətta vəkili belə onu müdafiə etməkdən imtina edib. İ.Əliyə adam qaçırma, cinayət, terror, cinsi istismar kimi ittihamlarla 4 dəfə edam cəzası, 29 min dollar pul cəzası verilib.

Qəzzada vəziyyət GƏRGİNLƏŞDİ

18 Fevral 2018 09:43

İsrail və Fələstin sərhədində vəziyyət yenidən gərginləşib. Bir müddətdir davam edən sabitlik 4 yəhudi əsgərin Qəzza zolağı ilə sərhəddə minaya düşərək yaralanmasından sonra pozulub. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, yaralı hərbçilərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti orta-ağır, digərinki isə yüngüldür.

Adnan Oktarın TV-si bağlanır

18 Fevral 2018 09:41

Adnan Oktarın telekanalı qaydalara əməl etməsə bağlanacaq. Baş nazirin müavini Fikri İşıkın sözlərinə görə, internet vasitəsi ilə yayımlanan televiziyaların fəaliyyətinə Teleradio qurumu xitam verə bilər: "Qurumun peyk və internet vasitəsilə yayımlanan televiziya kanalları barədə səlahiyyətləri eynidir".

Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partladı

18 Fevral 2018 09:40

Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb. Maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.