Adnan Oktarın TV-si bağlanır

Adnan Oktarın telekanalı qaydalara əməl etməsə bağlanacaq. Baş nazirin müavini Fikri İşıkın sözlərinə görə, internet vasitəsi ilə yayımlanan televiziyaların fəaliyyətinə Teleradio qurumu xitam verə bilər: "Qurumun peyk və internet vasitəsilə yayımlanan televiziya kanalları barədə səlahiyyətləri eynidir".

Fikri İşıkın sözlərinə görə, Adnan Oktarın internet kanalı olan "A9" da istisna deyil: "Bu kanal Teleradio qurumunun qoyduğu qaydalara əməl etməsə, tədbirlər görüləcək".

Qeyd edək ki, Türkiyənin Dini İşlər naziri Əli Ərbaş "A9" kanalının bağlanılması üçün Teleradio qurumuna müraciət edib. Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31