Gündəm
Birdəfəlik kağız batareya təbiəti qoruyacaq
Alimlər smartfonları məsafədən enerji ilə dolduran lazer hazırlayıblar
Bu gün bütün telefon şirkətləri artıq “Bluetooth” və “Wi-Fi” texnologiyalarına üstünlük verərək naqillərdən imtina ediblər, amma smartfonların enerji ilə doldurulması üçün əvvəlki kimi naqillərə ehtiyac var. Lakin simsiz texnologiyaların inkişaf sürətinə görə yaxın vaxtlarda bu vəziyyətin dəyişəcəyini söyləmək olar. Vaşinqton Universitetini təmsil edən komanda lazerlərin köməyi ilə qurğuların məsafədən və simsiz üsulla enerji ilə doldurulmasını nümayiş etdirib.
Smartfonlar üçün “Wi-Fi 802.11ax” standartını dəstəkləyən ilk çip yaradılıb
“Qualcomm” şirkəti Barselonada keçiriləcək “Mobile World Congress 2018” (MWC) sərgisi ərəfəsində qabaqcıl “WCN3998” simsiz rabitə çipini nümayiş etdirib.
“Facebook” istifadəçiləri “3D” postları dərc edə biləcək
“Facebook” sosial şəbəkəsi indi “glTF 2.0” formatını dəstəkləyir ki, bu, sözügedən şəbəkənin istifadəçilərinə öz xəbər lentlərində “3D” obyektləri dərc etməyə imkan verəcək.
Bu şirkətlər avtomobilləri kiberhücumlardan qoruyacaq
İnformasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş həllərin istehsalçısı “Trend Micro” şirkəti və elektronika istehsalçısı “Panasonic” şirkəti avtomobilləri kiberhücumlardan müdafiə etmək üçün birgə əməkdaşlığa başlayıblar.
“Beşiktaş”ın kabusu - Ənənə davam edəcəkmi?
Türkiyə Superliqasının 23-cü həftəsində qarşılaşacaq “Beşiktaş”-“Fənərbaxça” derbisi baş hakim Cüneyt Çakıra tapşırılıb. Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi”-“Barselona” matçını idarə edən hakim “qara qartallar” üçün sanki, bir kabusa çevrilib.
De Xea rekorda şərik oldu
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Sevilya" ilə səfər oyunu (0:0) "Mançester Yunayted"in qapıçısı David De Xea üçün əlamətdar olub. Sözügedən görüşdə 8 qurtarış edən ispan qolkiper "qırmızı şeytanlar"ın sabiq qapıçısı Edvin van der Saarın rekordunu təkrarlayıb. Bununla da o, ÇL-də bir görüşdə ən çox seyv edən qapıçısı adına şərik olub.
Seçkiqabağı təşviqat məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşdi
Seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşib. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:
Offşorlar və milyardlar: deputatlar hökuməti bütün sirləri açmağa çağırır
Britaniya parlamentinin deputatları Birləşmiş Krallığın dəniz ərazilərində və protektoratlarında çirkli pulların yuyulmasına, sanksiyalardan və vergilərdən yayınmalara imkan yaradılmasının ləğvinə çağırırlar.
Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılıb
Prezident İlham Əliyev Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Moskvada biznesmen Anar Əliyevi güllələdilər
Bu gün Moskvada naməlum killer tərəfindən güllələnən azərbaycanlı biznesmen Anar Əliyev xəstəxanada keçinib.
Yumurtlayan uşaq hamını şoka saldı - Fotolar
İndoneziyada bir uşaq yumurtlama şikayəti ilə xəstəxanaya gətirilib. Məlumata görə, İndoneziyanın Qova bölgəsində yaşayan 14 yaşlı bir oğlan uşağı atası tərəfindən yumurtlama şikayəti ilə xəstəxanaya yerləşdirilib.
Qorxulu anlar: Snayperlər o binanı mühasirəyə aldı
Belçikanın paytaxt Brüsseldə əlində silah olan naməlum şəxs binalardan birində insanları girov götürüb. Sözügedən bina polislər və snayperlər tərəfindən mühasirəyə alınıb.
Rusiya ABŞ diplomatlarını seçkiyə buraxmadı
Rusiya Federasiyasındakı amerikalı diplomatlara Rusiyada keçiriləcək prezident seçkilərini izləmək üçün icazə verilməyəcək.
Azan səsi qorxuncdur, məscidləri azaldaq – Şok təklif
Səudiyyə Ərəbistanında azan səsinin insanları narahat etdiyi bildirilərək məscidlərin azaldılması təklif edilib. Bu təkliflə yerli televiziyaların birində jurnalist Məhəmməd Əl-Suheymi çıxış edib. Məlumat görə, azan səsinin qorxunc olduğunu bildirən jurnalist məscidlərdə mikrofonla azan oxunmasının qadağan edilməsi istiqamətində fitva verilməsini təklif edib.














