Rusiya ABŞ diplomatlarını seçkiyə buraxmadı

Rusiya Federasiyasındakı amerikalı diplomatlara Rusiyada keçiriləcək prezident seçkilərini izləmək üçün icazə verilməyəcək.

Rusiya Federasiyasındakı amerikalı diplomatlara Rusiyada keçiriləcək prezident seçkilərini izləmək üçün icazə verilməyəcək. Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov "İnterfaks"a müsahibəsində deyib.

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda çalışan ABŞ vətəndaşları əlbəttə ki, Rusiya Federasiyasının prezident seçkilərində bütün müvafiq funksiyaları yerinə yetirə biləcəklər. ABŞ diplomatları isə bundan məhrum olacaq. Çünki 2016-cı ildə ABŞ-da keçiirlən prezident seçkilərində Rusiya diplomatlarına qarşı eyni cür davranılmışdı", - Ryabkov bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31