Gündəm

Bred Pitin professor sevgilisi

12 Aprel 2018 15:10

Ancelina Colidən ayrıldıqdan sonra adı bir çox məşhurla çəkilən Bred Pit yeni sevgilisi ilə görüntülənib.

Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

12 Aprel 2018 15:06

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

BŞİH Milli Şuranın mitinqinə razılıq verib

12 Aprel 2018 15:05

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 14-nə təyin etdiyi mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH aksiyanın aprelin 14-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Ukrayna MDB-dən çıxır

12 Aprel 2018 15:03

Ukrayna yaxın günlərdə Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşacaq. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev Təhlükəsizik Forumunda çıxışı zamanı deyib. O bildirib ki, nə əvvəl, nə də indi MDB-nin üzvü olub: "Lazımı tapşırıqlar vermişəm.

Prezident İlham Əliyev: "Seçkilərdən sonra birinci tədbir kimi Hacı Cavad məscidinin açılışı dövlət-din münasibətlərinin bariz nümunəsidir"

12 Aprel 2018 15:01

"Prezident seçkilərindən sonra birinci tədbir kimi Hacı Cavad məscidinin açılışı dövlət-din münasibətlərinin bariz nümunəsidir". Bunu Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev Hacı Cavad dini icmasının üzvləri ilə görüşündə deyib.

Pensiyaların vaxtından əvvəl verilmə səbəbi açıqlandı

12 Aprel 2018 14:56

Pensiyaların orta aylıq məbləği 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,27 faiz artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 999,85 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz və ya 95,01 milyon manat artıb.

Tramp: “Suriyanı dərhal vura da bilərik, heç vurmaya da”

12 Aprel 2018 14:49

ABŞ prezidenti Donald TrampSuriyaya hücumla bağlı yeni açıqlama yayıb. Tramp özünün Tvitter səhifəsində hava hücumunun vaxtının hələlik müəyyənləşmədiyini yazıb: “Suriyanı dərhal vura da bilərik, heç vurmaya da.

Azərbaycan 2 minə yaxın at ixrac edib

12 Aprel 2018 14:47

Bu ilin birinci rübü ərzində respublikamızdan 143 min baş iribuynuzlu, 254,5 min baş xırdabuynuzlu heyvan dərisi, 1854 baş diri at ixrac edilib. Bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, bu ilin müvafiq dövründə 21,2 ton mal əti konservi, 20,9 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 137 ton balıq, 56,4 ton qoyun əti,14 ton heyvan daxili orqanları və s. baytarlıq nəzarətində olan məhsullar ixrac olunub.

Zahid Oruc prezident İlham Əliyevi telefonla təbrik edib

12 Aprel 2018 14:45

Zahid Oruc prezident İlham Əliyevə telefonla zəng edib. Məlumata görə, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərinin nəticələrinə görə ikinci yeri qazanan Zahid Oruc yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevi telefonla təbrik edərək, ölkə başçısının inamlı qələbəsi münasibətilə ona ən xoş arzularını bildirib, millətimizin gələcək firavanlığı naminə şərəfli vəzifəsində böyük uğurlar diləyib.

Azərbaycanda Şri Lanka vətəndaşları saxlanıldı

12 Aprel 2018 14:43

Dövlət Miqrasiya Xidmətinin Dövlət Sərhəd Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Şri Lanka vətəndaşı saxlanılıb.

Elektron kitabların sayı 209-a çatdırılıb

12 Aprel 2018 14:41

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az  elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 209-a çatdırılıb. 2018-ci ilin ilk 4 ayında portala X sinif üzrə 10 yeni elektron dərslik əlavə edilib.

İƏT Gənclər Forumu Prezidenti təbrik edib

12 Aprel 2018 14:40

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) 11 apreldə Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbə əldə etmiş İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Madrid Realı “geri dönüşə”   icazə vermədi

12 Aprel 2018 14:38

Santiyaqo Bernabeuda doğma azarkeşləri qarşısında Yuventus tərəfindən 3:0 məğlub vəziyyətə düşdüyü zaman artıq bir çoxları Yuventusun yarım final mərhələsinə yüksəldiyini düşünürdü.

Rusiyadan səs verdi

12 Aprel 2018 14:36

Azərbaycanın əməkdar artisti, uzun illərdir Rusiyada yaşamasına rəğmən Rusiya vətəndaşlığını qəbul etməyən, Moskvada Böyük Akademik Teatrın ilk azərbaycanlı solisti Elçin Əzizov da dünənki prezident seçkilərində iştirak edib.

Arvadı ərəb şeyxinin oğlu ilə görüşən müğənni ŞOK ETDİ

12 Aprel 2018 14:35

Məşhur müğənni Sərdar Ortaç xanımı Xloya Loughnanın iş üçün getdiyi Mayamidə Ərəb şeyxlərindən birinin oğulu ilə birlikdə olduğu iddiaları haqqında açıqlama verib. Bu mövzuda susqunluğunu pozan sənətçi xəbərlərin yalan olduğunu bildirib: "Amerikada bir çox dostumuz var. Qadın o dostlardan bir neçəsi ilə də yeməyə çıxır.