Ukrayna MDB-dən çıxır
Ukrayna yaxın günlərdə Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşacaq. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev Təhlükəsizik Forumunda çıxışı zamanı deyib. O bildirib ki, nə əvvəl, nə də indi MDB-nin üzvü olub: "Lazımı tapşırıqlar vermişəm.
12 Aprel 2018 15:03 DünyaUkrayna yaxın günlərdə Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşacaq. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev Təhlükəsizik Forumunda çıxışı zamanı deyib. O bildirib ki, nə əvvəl, nə də indi MDB-nin üzvü olub: "Lazımı tapşırıqlar vermişəm. Ukrayna hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) tam çıxması üçün müvafiq sənədləri hazırlayır. Ukrayna heç vaxt MDB-nin üzvü olmadığını, eləcə də təşkilatın Rusiya işğalına qarşı mövqe sərgiləməkdən imtina etməsini nəzərə alaraq, xahiş edirəm ki, hökumətlə birlikdə MDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoyaq. Belə olan halda MDB-nin Minskdəki müvafiq institutlarında olan Ukrayna nümayəndəlikləri də birdəfəlik olaraq fəaliyyətini dayandırmalıdır.
P.Poroşenko eyni zamanda, Rusiya Federasiyası ilə Ukrayna arasında 1997-ci ildən bağlanan Dostluq müqaviləsinin də vəziyyətinə yenidən baxılacağını vurğulayıb: "İki dövlət arasındakı qarşılıqlı dostluq münasibətlərinə də yenidən baxılmalıdır. Əməkdaşlıq təktərəfli bitirilə bilməz. Bu istiqamətdə Ali Rada əməkdaşlıq haqqında müvafiq sənədlər də hazırlayacaq". Publika.az