Elektron kitabların sayı 209-a çatdırılıb

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az  elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 209-a çatdırılıb. 2018-ci ilin ilk 4 ayında portala X sinif üzrə 10 yeni elektron dərslik əlavə edilib.

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az  elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 209-a çatdırılıb. 2018-ci ilin ilk 4 ayında portala X sinif üzrə 10 yeni elektron dərslik əlavə edilib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki,  bundan əlavə 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Həmin dərsliklərdə şagirdlər mövzulara uyğun video, qrafika, səs və digər multimedia vasitələri ilə öyrəndikləri bilikləri daha da artıra bilərlər. Hazırda 187 elektron dərslik, 22 müəllim üçün metodik vəsait olmaqla portalda 209 elektron kitab yerləşdirilib. X sinif üzrə dərsliklərin yerləşdirilməsi prosesi davam edir. Dərsliklər Azərbaycan və rus bölmələri üzrə I-X siniflərə əsasən sıralanıb.

Vətəndaş müraciətlərinə operativ reaksiya verilir

Elektron dərslik portalından indiyədək 2 915 000 dəfədən çox istifadə olunub. Ötən bir ildə isə bu rəqəm 1 021 000 dəfədən çox olub. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı hazırda 178 019 nəfərdir. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiyyatdan keçmədən də portala daxil olub elektron kitablardan istifadə etmək olur. Bundan əlavə bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31