Gündəm
Alimlər süni insan beyni yetişdirdilər
ABŞ alimləri kiçik insan beyni yetişdiriblər. Süni beyin siçanlara yerləşdirilib. Eksperimentin nəticələri barədə “Nature Biotechnology” jurnalı məqalə dərc edib.
Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Şəmkirdə ağır yol qəzası baş verib. Məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb
İlham Zəkiyev Dünya Kubokunda bürünc medal qazandı
Ermənistanı ayağa qaldıran casus fəaliyyəti
Ermənistanda təxminən bir həftədir davam edən üsyan bəhrəsini verdi: yenicə baş nazir kürsüsünə oturan Serj Sarkisyan istefasını bəyan edərək hökumət binasını tərk elədi. Hələlik onu bu vəzifədə başqası əvəzləyir. Amma müvəqqətidir, yaxınlarda kiminsə seçiləcəyi şübhəsizdir. Bu kim olacaq: Nikol Paşinyanmı, yoxsa başqasımı? Seçiləcək şəxs erməni xalqının adamı olacaq, yoxsa Rusiyanın və ya Amerikanın? Suallar çoxdur və artıq tədricən cavablar da ortaya çıxmaqdadır.
Məxməri inqilabdan sonrakı Ermənistan və Dağlıq Qarabağ ssenarisi
Ermənistanda başlayan etirazlar məntiqi nəticə ilə yekunlaşdı. Bəzi müxalif dairələrin belə dəstəkləmədiyi Nikol Paşinyan erməni xalqının da köməyi ilə Sarkisyanı hakimiyyətdən devirə bildi. Bu baş verdi və artıq Sarkisyansız bir Ermənistan qurulur. Açığı iğtişaşların belə həddə çatacağını və Serjin buna tab gətirməyib istefa verəcəyini proqnozlaşdıranların sayı az idi. Lakin reallıq bir çox siyasiləri tamam fərqli mənzərə ilə üz-üzə qoydu. Fakt odur ki, Moskva daha öncəki ixtişaşlarda, hətta Serj Sakisyanın öz millətinə divan tutuduğu vaxtlarda belə onu dəstəklədi.
Mərkəzi Bankın sistemləri sertifikata layiq görüldü
Paşinyan Sarkisyanın taleyini birdəfəlik həll etməsə... - Politoloq hər şeyi açıqladı
“Xocalı soyqırımı və Qarabağ klanının törətdiyi qanlı hadisələrə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi üçün hərbi tribuna yaradılmalı, Birləşmiş Millətlər Təşkilatının vasitəsilə Sarkisyanın cinayətləri sübuta yetirilməlidir”.
2018-2020-ci illərdə Azərbaycana $900 mln. kredit ayrılacaq
Polis getdiyi evdə ŞOK OLDU - 6 uşaq atası yarıçılpaq halda ...
Türkiyənin İsparta rayonunda 17 yaşlı əqli qüsurlu oğlan uşağını zorladığı deyilən şəxs evdə yarıçılpaq vəziyyətdə yaxalanıb.
Qərb çətin sual qarşısında: "Ortaya 20 Kadırov çıxarsa?"
"Qəbələ" - "Qarabağ" oyunu Bakıda keçirilə bilər
Usama ben Ladenin mühafizəçisi Avropada miqrantların arasında tapılıb
"Almaniya üçün alternativ" ultrasağçı partiya miqrantlar arasında "Əl-Qaida" terror qruplaşmasının keçmiş lideri Usama ben Ladenin mühafizəçisinin olduğu aşkar edib. Məlumata görə, Sami A. adlı şəxsin hətta qaçqınlar üçün müavinət də aldığı məlum olub.














