Məxməri inqilabdan sonrakı Ermənistan və Dağlıq Qarabağ ssenarisi

Ermənistanda başlayan etirazlar məntiqi nəticə ilə yekunlaşdı. Bəzi müxalif dairələrin belə dəstəkləmədiyi Nikol Paşinyan erməni xalqının da köməyi ilə Sarkisyanı hakimiyyətdən devirə bildi. Bu baş verdi və artıq Sarkisyansız bir Ermənistan qurulur. Açığı iğtişaşların belə həddə çatacağını və Serjin buna tab gətirməyib istefa verəcəyini proqnozlaşdıranların sayı az idi. Lakin reallıq bir çox siyasiləri tamam fərqli mənzərə ilə üz-üzə qoydu. Fakt odur ki, Moskva daha öncəki ixtişaşlarda, hətta Serj Sakisyanın öz millətinə divan tutuduğu vaxtlarda belə onu dəstəklədi.

Ermənistanda başlayan etirazlar məntiqi nəticə ilə yekunlaşdı. Bəzi müxalif dairələrin belə dəstəkləmədiyi Nikol Paşinyan erməni xalqının da köməyi ilə Sarkisyanı hakimiyyətdən devirə bildi. Bu baş verdi və artıq Sarkisyansız bir Ermənistan qurulur. Açığı iğtişaşların belə həddə çatacağını və Serjin buna tab gətirməyib istefa verəcəyini proqnozlaşdıranların sayı az idi. Lakin reallıq bir çox siyasiləri tamam fərqli mənzərə ilə üz-üzə qoydu. Fakt odur ki, Moskva daha öncəki ixtişaşlarda, hətta Serj Sakisyanın öz millətinə divan tutuduğu vaxtlarda belə onu dəstəklədi.

Bu dəfə isə gözlənilən olmadı və rəsmi Kreml Serji bir neçə saatın içində silib atdı. İndi hər kəsə maraqlı olan məsələ Ermənistanda yürüdüləcək siyasi xətdir. Rusiya Sarkisyanın nə qədərdə lazimsız bir əşya kimi atsa da İrəvanın hakim dairələrində Moksvanın tələblərini başlıca qanun bilən kifayyət qədər şəxs var. Bunlardan birincisi hazırda baş naziri əvəz edən Karen Karapetyandır. Məhz bu şəxsin Moskvanın adamı olduğu hər kəsə bəllidir. Karapetyan artıq Kremldən gələn tapşırıqları da yerinə yetirməyə başlayıb. Birinci hədəf iğtişaşları səngitməkdir. Bunun üçün ilkin olaraq etirazçılara liderlik edən Nikol Paşinyanı razı salmaqdır. Görünür hələlik buna nail olunmayıb. Paşinyan parlamentin buraxılmasını, yeni seçki keçirtməyi tələb edir. Yəni parlamentdə Sarkisyan tərəfdarlarını, dolayısı ilə desək Rusiyanın diqtəsi ilə hərəkət edən komandanı zərərsizləşdirməkdir.

Yeri gəlmişkən bir qədər də Nikol Paşionyan haqda. Bu şəxs nə qədər də qərb yönümlü hesab edilsə də qərb onu ancaq ənənəvi siyasi xəttinə sadiq qalaraq son anda - xalq etirazlarının məntiqi nəticə verəcəyi tam aydın olandan sonra dəstəklədi. Hər halda bu amil Paşinyanın diqqətindən yayınmamış deyil. Bizim üçün isə ən maraqlısı yeni hakimiyyətin Qarabağ siyasətidir. Azərbaycanda Ermənistanı kimin idarə edəcəyi ikinci dərəcəli məsələ kimi baxılır. Başlıca faktor Dağlıq Qarabağın işğaldan azad edilməsinə nail olmaqdır. Azərbaycan həlledici gücünü - hərbi müdaxilə varinatını əlində saxlamaqla yanaşı, illərdir münaqişənin diplomatiya yolu ilə həllinə çalışır. Bəli gizlədilmir. Azərbaycanda Sarkisyanın qəbul etmədiyi həqiqətin yeni hakimiyyət tərəfindən nəhayət ki, dərk ediləcəyi ilə bağlı ümidləri var. Axı sadə ermənilər Serj Sarkisyanı ancaq və ancaq ağır iqtisadi vəziyyətə görə, əhalinin getdikcə pisləşən maddi durumu səbəbindən devridi. Sarkisyanın illərdir millətin gözünə kül üfürdüyü "Qarabağ" kartı da ona kömək etmədi. Üstəlik vəziyyət o həddə çatdı ki, İrəvan küçələrində "bizə Qarabağ" lazım deyil şüarları səsləndi. Qısası bütün bunlar Paşinyanın və onun komandasının gözü qarşısında baş verib. Əgər Paşinyan da Qarabağ məsələsində Sarkisyanın dəsti xəttini yürütsə kütlənin ona qarşı çevriləcəyini yaxşı dərk etməlidir.

Xalq Qarabağ üçün yox, yaxşı yaşamaq naminə küçələrə axışdı. Mövcud vəziyyətdə Ermənistanın işğalçılıq siyasətinin bu ölkəni necə iflic vəziyyətdə saldığı da danılmaz həqiqtədir. Ölkə iqtisadi məngənədən çıxacaqsa bu bir başa qonşularla mehriban siyasət yürütməklə mümkün olacaq. Təcrübə göstərdi ki, İrəvan üçün başqa alternativ yoxdur. Qalır gözləmək. Vaxt isə məhz Azərbaycanın xeyrinə işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31