İlham Zəkiyev Dünya Kubokunda bürünc medal qazandı
24 Aprel 2018 18:24 İdmanAzərbaycanın cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Türkiyənin Antaliya şəhərində Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının təşkilatçılığı keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 38 yaşlı idmançı ilə yanaşı, Azərbaycanın daha 5 cüdoçusu fəxri kürsüyə yüksəlib. Kişilərin yarışında Hüseyn Rəhimli (81 kq) qızıl, Orxan Qarayevlə (60 kq) Kənan Abdullaxanlı (90 kq) bürünc medala sahib olublar.
Qadınlarda isə Sevda Vəliyeva (52 kq) qızıl, Səbinə Abdullayeva (57 kq) isə bürünc medal əldə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31