Gündəm
Buzlaqları “qar topları” ilə qorumaq təklif olundu
Qlobal istiləşmə ilə əlaqədar olaraq İsveçrədəki Alp buzlaqları tədricən əriməyə başlayıb. Buzlaqların tamamilə əriməsi yaşayış məntəqələrində dağ gölləri və quyuların quruması ilə nəticələnə bilər. Niderlandın Utrexta Universitetinin bir qrup alimi İsveçrənin cənub-şərqində o qədər də böyük olmayan buz dağlarını qorumağı təklif edir. Bunun üçün onlar yayda əriyən xizək yollarının bərpası üçün istifadə edilən “qar topları” ilə buzlaqları atəşə tutmağı məsləhət görürlər.
Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
Moskva metropoliteninin stansiyalarında 400-dən çox vendinq avtomatları (qida və su məhsullarının satışı üşün avtomatlar – red.) quraşdırılacaq. Bu avtomatlar 55 stansiyada yer alacaq.
Bakıda İtaliya Opera Günləri keçiriləcək
Mayın 3-6-da Bakıda İtaliya Opera Günləri keçiriləcək. İtaliya Opera Günləri bu ölkənin Bakıdakı səfirliyi, italyan bəstəkarı Françesko Maconun, bəstəkar Günay Mirzəyevanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək. Opera günləri Cakomo Puççininin “Madam Batterflay" operası ilə açılacaq. Operaya məşhur italyan dirijoru Yakopo Sipari di Peskassero dirijorluq edəcək. Madam Batterflay partiyasını Silvana Froli (İtaliya) ifa edəcək. Qeyd edək ki, bu il məşhur italyan bəstəkarı Coakkino Rossininin ölümündən 150 il ötür.
İşini itirən iki sabiq nazirlə bağlı İLGİNC İDDİALAR
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamı hələ də gündəmin əsas müzakirə mövzularından biridir. Vəzifəsini itirənlər sırasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da adı var. Məlum olduğu kimi, R.Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olundu, funksiya və səlahiyyətləri 2 qurum arasında bölüşdürüldü.
Tbilisidə Beynəlxalq Konfrans təşkil olundu
Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Milli Elmlər Akademiyasının dəstəyi ilə Tbilisidə “Soyqırım hadisələri müasir elmi araşdırmalarda" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
Qəza yerinə gələn helikopter aviamühəndisin üzərinə düşdü - VİDEO
Kolumbiyada vertolyot qəzaya uğrayıb. Hadisə yerinə gələn digər helikopter isə ərazidə işləyən aviamühəndisin üzərinə düşüb. Hadisə ölkənin cənub-şərqində baş verib. Kadrlarda hadisə yerinə gələn ikinci vertolyotun havada necə dayandığı, aşağıda qəzaya uğramış helikopterin üzərinə kiminsə çıxmağa çalışdığı, başqa bir şəxsin isə yerdə durub havadakı vertolyotun pilotuna nə isə işarə etdiyi görünür. Lakin bu zaman havadakı vertolyot gözlənilmədən idarəetməni itirir və ona işarə verən şəxsin üzərinə düşür.
"Qaraca qız"ın uşaq qəhrəmanları illər sonra - Fotolar
"Qaraca qız" filminin uşaq qəhrəmanları Tutu və Xədicə illər sonra məktəblilərlə görüş keçirib. Xədicə obrazını oynayan Leyli Axundova, Tutu obrazını isə canlandıran Sevil Zeynalova illər sonra filmdəki gizli məqamlardan danışıblar. Məlum olub ki, ekran işinin əvvəlində Tutunun uşaqlığını başqa bir qız oynayır. Filmin ilk 6 dəqiqəsinə diqqətlə baxsanız, bunun fərqinə varacaqsınız.
Bu gün "Formula 1 Azərbaycan Qran Prisi"nin yarışları başlayır
Bu gün Bakıda “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk yarış günü başlayır. Trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var. Qeyd edək ki, bu gün Bakı Şəhər Halqasında “Formula 2” bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.
Professor Mirəli Seyidovun 100 illik yubileyi qeyd olundu
AMEA Mərkəzi Elmi Kitabxanası və AMEA Folklor İnstitutu Azərbaycanın böyük alimi, tənqidçi, ədəbiyyatşünas, Əməkdar elm xadimi, Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov professor Mirəli Seyidovu böyük vətəndaş kimi xarakterizə edib, onunla bağlı xatirələrini bölüşüb. Nizami Cəfərov alimin çoxsaylı araşdırmalarına diqqəti cəlb edib, onun yaradıcılığını təhlil edib.
Türk musiqiləri Bakıda səsləndi
Bakı Yunus Əmrə İnstitutunda Seyhan Karakaş və Minə Bakırın təqdimatında konsert proqramı təqdim edilib. Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi belə tədbirlərin iki qardaş xalq arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə olduğunu söyləyib. İnstitutun direktoru Cihan Özdemir tələbələrin mənəvi inkişafında mədəniyyət tədbirlərinin böyük rolu olduğunu söyləyib.
Alternativ “Facebook” yaradılır - FƏRQLİ OLACAQ
Müasir dünyamızı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Artıq hər kəs sosial şəbəkələrdə şəxsi foto və videolarını paylaşır, xəbər və statuslara şərhlər yazır, müxtəlif forma və məzmunda paylaşımlar edir. Lakin əhalinin yaşlı təbəqəsi sürətlə inkişaf edən texnoloji yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkir.














