Bu gün "Formula 1 Azərbaycan Qran Prisi"nin yarışları başlayır

Bu gün Bakıda “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk yarış günü başlayır. Trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var. Qeyd edək ki, bu gün Bakı Şəhər Halqasında “Formula 2” bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.

Bu gün Bakıda "Formula 1 Azərbaycan Qran Prisi"nin ilk yarış günü başlayır.

Trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

Qeyd edək ki, bu gün Bakı Şəhər Halqasında "Formula 2" bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.

Bundan başqa, Bakı trekində "Formula 1" bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.

Qeyd edək ki, Bakıda 3-cü dəfə keçirilən "Formula 1" yarışları aprelin 29-dək davam edəcək. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31