ABŞ-ın yeni dövlət katibinin kimliyi təsdiqləndi

ABŞ Senatı Mayk Pompeonu dövlət katibi postuna təsdiqləyib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, onun təyinatı 100 senatordan 57-si tərəfindən dəstəklənib.  

Bundan əvvəl Mayk Pompeonun namizədliyi Senatın Xarici İşlər Komitəsi tərəfindən dəstəklənmişdi

M.Pompeo andiçmə mərasimindən sonra rəsmi olaraq dövlət katibi səlahiyyətlərinin icrasına başlayacaq.  

Qeyd edək ki, M.Pompeo 2017-ci ilin yanvarından 2018-ci ilin martınadək Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31