Gündəm

Ali Məhkəmə Binədəqədidə dəhşətli yanğınla bağlı qərarını verdi

27 Aprel 2018 12:15

Binəqədidə yaşayış binasında baş vermiş yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Təbiətə 50869,84 manat məbləğində Ziyan Vuruldu

27 Aprel 2018 12:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Məşhur aktyor həbs oluna bilər – Növbəti TƏCAVÜZ OLAYI

27 Aprel 2018 12:11

Məşhur aktyor və teleaparıcı Bill Kosbinin adı təcavüz olayaında hallanır. Olaylar.az bildirir ki, 80 yaşlı aktyor 14 il bundan əvvəl Andre Konstand adlı qadına narrkotik maddə verdikdən sonar ona cinsi istismar tətbiq etməkdə ittiham olunur.

Elman Babayev: "Pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar"

27 Aprel 2018 12:10

Azərbaycan dövlətinin pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir.

Saxta sənədlə ölkədən çıxmaq istəyən 3 nəfər saxlanıb

27 Aprel 2018 12:07

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Xidmətdən “Olaylar”a verilən məlumata görə, 2018-ci ilin 24-25 aprel tarixlərində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınmışdır. 24 apreldə “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Sid­diqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurmuşdur.

Ermənistanda KRİTİK GÖRÜŞ və Kremlin adamından RƏDD CAVABI

27 Aprel 2018 12:05

Dünən gecə Ermənistan prezidenti Armen Sarkisyanla müxalifət lideri, deputat Nikol Paşinyan arasında görüş keçirilib. bu haqda feysbuk səhifəsində Nikol Paşinyan bildirib. “Biz Ermənistanda yaranmış vəziyyəti və ondan çıxışın mümkün yollarını müzakirə etdik. Sarkisyan həmçinin özü ilə sənədləri gətirdi. Bu sənədlərdə onun 2011-ci ilin dekabrında Böyük Britaniya vətəndaşlığından çıxdığı göstərilirdi”, - Paşinyan əlavə edib.

Hüseyn Abdullayevin vəkilindən AÇIQLAMA

27 Aprel 2018 12:01

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, axtarışda olan sabiq millət vəkili Hüseyn Abdullayev növbəti dəfə vəkili ilə görüşüb. Bu barədə açıqlamasında H.Abdullayevin vəkili Ruhid Əkbərov deyib.