Gündəm
Ümummilli Liderə həsr olunmuş xeyriyyə aksiyası - Los Ancelesdə
ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib. Aksiyada Los Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün gün ərzində süfrə açılaraq, 500-dən çox insana isti yeməklər paylanılıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.
Nazirlik materialları polis şöbəsinə göndərdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Gəncə-Yevlax magistral avtomobil yolunun kənarında yaş köküstə 3-4 sm diametrliyində 35 ədəd şam ağacının kökündən çıxarılaraq aparıldığı aşkar olunub. Faktla bağlı akt tərtib edilib və təbiətə 8400 manat ziyan dəydiyi məlum olub.
Avropa Günü Bakıda qeyd olundu
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Avropa Gününə həsr edilən bayram konserti olub. Tədbirin əvvəlində Opera studiyasının uşaq xorunun ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycanlı müğənninin toyu oldu
Müğənni Ülviyyə Tağıyeva ailə həyatı qurub. Məclis şəhər restoranlarından birində baş tutub. Toyda çox az sayda sənət adamı iştirak edib.
İçərişəhərin qala divarlari UÇMA TƏHLÜKƏSİ YAŞAYIR – Video
Xalq qarasında “Qala” və ya sadəcə, “Qədim şəhər” kimi tanınan İçərişəhərin qala divarları su sızması nəticəsində acınacaqlı vəziyyətdədir. Bu, qrunt sularıdır. Şəhər sakinləri deyir ki, əvvəllər İçərişəhərdə su quyuları olub. Sonradan quyuların üstü örtülüb. Bundan sonra qrunt suları üzə çıxmaq üçün başqa yollar tapıb və qala divarlarından çıxıb.
SOCAR birinci vitse-prezidentinə AĞIR İTKİ
SOCAR birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ağır itki üz verib. Azərbaycan qəzetinə istinadən xəbər verir ki, akademikin bacısı Yeva Bağı qızı Yusifzadə dünyasını dəyişib.
Gürcüstanda zəlzələ
Gürcüstanda 3,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
ABŞ-ın birinci xanımı Melanya Tramp özünün uşaqlara müasir həyatın çətinliklərinə qarşı mübarizə haqqında məlumat verilməsinə yönəldilmiş "Be Best" ( "Ən yaxşı ol") proqramının fəaliyyətə başladığını bildirib. Bu barədə "CNBC" məlumat yayıb.














