Sabah ABŞ İranla bağlı qərarını verəcək

ABŞ Prezidenti Donald Tramp bu gün İranın nüvə proqramı ilə bağlı olan Hərətərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı qərarını elan edəcək.

Ağ Ev rəhbəri bu barədə öz Tvitter səhifəsində yazıb.

"Bu gün saat 14:00-da (yerli vaxtla) Ağ Evdə İranla olan müqavilə barədə qərarımı açıqlayacağam", - deyə dövlət başçısı bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31