Ronaldo finalda oynayacaq?
7 May 2018 18:53 İdman"Real"ın futbolçusu Kriştiano Ronaldonun son durumu müəyyənləşib.
Tibbi müayinədən keçən portuqaliyalı hücumçunun durumunun ciddi olmadığı bəlli olub. Onun La Liqanın son iki turu - "Sevilya" və "Selta" ilə görüşləri buraxacağı bildirilib. Ancaq Ronaldo Çempionlar Liqasının finalında "Liverpul"la oyuna kimi hazır olacaq.
Qeyd edək ki, Ronaldo La Liqanın 36-cı turunda "Barselona" ilə matçda zədələnib.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31