Gündəm
Misir və Azərbaycanda uşaq ədəbiyyatı
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və F. Köçərli adına Respublikası Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Misir və Azərbaycanda uşaq ədəbiyyatı” mövzusunda tədbir keçirilib.
Batumi Dövlət Universitetinin əməkdaşları MEK-də
Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetinin (BDU) əməkdaşları – universitetin Slavyan Tədqiqatları şöbəsinin professoru Marina Aroşidze və Şərqşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru Emzar Makaradze AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.
Merkel tərəfini seçdi: "Almaniya İsrailin yanındadır"
Almaniya kansleri Angela Merkel İsrailin baş naziri Benyamin Netenyahuya zəng edib. Telefon danışığında onlar Qüdsdə yaşanan hadisələri müzakirə ediblər. Merkel hadisələrin bölgədə sabitliyi pozduğunu dilə gətirib. Bundan başqa Almaniya kansleri İsrailin quruluş ildönümünü təbrik edərək, bölgədə baş verən hadisələrdən narahat olduğunu ifadə edib. Almaniya kansleri İsrailin təhlükəsizliklə bağlı narahatlığını anladıqlarını bildirib.
HƏMAS lideri Qəzza zolağında etirazları davam etdirəcək
Qəzza zolağında hakim HƏMAS hərəkatının lideri İsmayıl Haniyə “Böyük qayıdış marşı”nın davam etdiriləcəyini bəyan edib. “Qayıdış marşı davam edir, davam edir, davam edir…”, – deyə İ.Haniyə Qəzza şəhəri yaxınlığındakı ən böyük etiraz düşərgəsində jurnalistlərə bildirib. “Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ “yanacaq”dır”,– deyə o qeyd edib.
Ramiz Həsənov nazir müavini təyin edildi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə özəl mənbələrdən məlum olub.
"Ailəliklə kitabxanaya” - YENİ LAYİHƏ
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailəliklə kitabxanaya” layihəsinə başlanılıb. Olaylar.az bildirir ki, layihənin təqdimatı məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsində mütaliənin yeri və rolu” mövzusunda konfrans keçirilib.
“ASAN xidmət”in ideya müvəkkili Qlobal Sammitdə iştirak edib
İsrailin Təl-Əviv şəhərində ABŞ-ın məşhur Forbes jurnalı tərəfindən istehsal və enerji sənayesi sahəsində 30 yaşadək olan 30 (“30 Under 30”) ən perspektivli iş adamı və ixtiraçılar üçün Qlobal Sammit təşkil olunub. Olaylar.az bildirir ki, 35 müxtəlif ölkədən 20 kateqoriya üzrə 750 gənc sahibkarın iştirakı ilə ilk dəfə təşkil olunan sammitdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ideya müvəkkili Reyhan Camalova və İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova da iştirak ediblər.
Afaq Bəşirqızı nəvəsinə ad günü keçirdi - Video+Fotolar
Xalq artisti Afaq Bəşirqızı nəvəsi Bəşir üçün ad günü mərasimi keçirib. Bakıdakı restoranların birində baş tutan gecədə şou biznes nümayəndələri də iştirak ediblər.
Bayılda ekzogen proses müşahidə olunur
Bayılda, Buxta küçəsi 9 ünvanı boyunca ekzogen proses müşahidə olunur. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Nazir “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə “AzerGold” QSC-nin sədri Zakir İbrahimov arasında tanışlıq görüşü keçirilib.
1918-ci il hadisələrini əks etdirən yeni kitab nəşr olundu
AMEA Mərkəzi Elmi Kitabxanasına “1918-ci il hadisələri – dünyasını dəyişən Şahidlər. Unudulmayan tarix” adlı yeni kitab daxil olub. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi tərəfindən nəşr edilmiş kitabın müəllifi araşdırmaçı yazar Əkrəm Bəydəmirlidir.
BMT TŞ-da 1 dəqiqəlik sükut - TƏCİLİ İCLAS başladı
Sərnişin qatarı qəzaya uğradı - Bərdədə
Bərdədə sərnişin qatarı ilə traktorla toqquşub. Hadisə Bakı-Xankəndi dəmiryol xəttinin rayonun Həsənqaya kəndində qeydə alınıb. Qəza qatarın gəliş vaxtı zamanı traktorun qoşqusu ilə birlikdə dəmir yolu xəttini keçdiyi zaman baş verib. Nəticədə sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə "Belarus" markalı traktorla toqquşub.
Ərdoğan Netanyahunu irqçilikdə günahlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail baş naziri Binyamin Netanyahunu irqçilikdə və fələstinlilərə qarşı hərbi cinayət siyasəti yürütməkdə ittiham edib.
Ermənistan ordusu Azərbaycan ərazilərində təlimlərə başladı
Ötən gün mayın 14-dən etibarən Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələri ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərində operativ-taktiki təlimlər başladıb.






.jpg)







