Prezident “Irıs Ordo” Konqres Mərkəzinə getdi

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.  Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gedib.Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.Sonra "ŞƏT plyus" formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər.

***

Azərbaycan Prezidenti İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki "Irıs Ordo" Konqres Mərkəzinə gedib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlət başçısını salamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31