Gündəm

12 ədəd qoz ağacı kəsildi -Təbiətə 5500 manat məbləğində ziyan dəydi

16 May 2018 10:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Baş konsul da qovuldu

16 May 2018 10:29

Türkiyə və İsrail arasında diplomatik böhran davam edir. Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı baş konsulu Yozef Levi Sfaridən bir müddət öz ölkəsinə dönməsini istəyib. Qeyd edək ki, dünən İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, israilli diplomata Qəzza-İsrail sərhədindəki hadisələr səbəbiylə etiraz edilib. İsrail səfirinə Türkiyənin Təl-Əvivdəki səfirinin məsləhətləşmələr üçün Ankaraya çağırıldığı və onun da bir müddət sonra ölkəsinə dönməsinin uyğun olacağı bildirilib.

“Unudulmayanlar”  layihəsində Şövkət Ələkbərova xatırlandı

16 May 2018 10:28

Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı yeni irimiqyaslı layihə  həyata keçirir. Layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin – bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunmasıdır. Olaylar.az bildirir ki, layihə çərçivəsində Xalq artisti, Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunub.

Anar xalq artistinin görünüşünü iki dəfə dəyişdi - VİDEO

16 May 2018 10:17

Stilist Anar Ağakişiyev bu dəfə xalq artisti Gülyanaq Məmmədovanın görünüşünü dəyişib. Stilist müğənniyə iki fərqli imic edib. İkinci görünüşdə Anar Gülyanağın saçlarını açıq rəngə boyayıb.

Muzeyə yeni unikal materiallar hədiyyə etdilər

16 May 2018 10:09

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun Avropa farfor kolleksiyasına üç ədəd qab qəbul olunub. Onların üzərindəki möhürlər Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edir. Qabların üzərlərindəki “Блестящий магазин” möhürü XIX - XX əsrlərin əvvəlinə aiddir.

Yəhudilərdən ABŞ və İngiltərəyə ŞOK ÇAĞIRIŞ: "İsrail dövlətini dağıdın"

16 May 2018 09:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərəyə səfəri çərçivəsində yəhudi Haham Elahanan Bek və "Neturei Karta" Ortodoks Musəvi Camaatı üzvləri ilə görüşüb. Görüşdən sonra yəhudilər jurnalistlərə açıqlama verib. Haham Bek İngiltərə və ABŞ hökumətinə çağırış edərək “İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını qavramalı və anlamalıdırlar” deyib.

"Mənə həyat veren qadın..." - Zaur Baxşəliyev

16 May 2018 09:46

Aparıcı Zaur Baxşəliyev anası Dilavərin fotosunu paylaşıb. O, anasını ad günü münasibətilə təbrik edib:

Tərtərdə toyda qan su yerinə axdı: 6 nəfər... - FOTO

16 May 2018 09:45

Tərtərdə toy mərasimində kütləvi dava olub. Rayonun Heydər Əliyev prospektində yerləşən şadlıq saraylarından birində keçirilən toyda qonaqlar arasında mübahisə yaranıb.

Sietl şəhərinin meri Azərbaycan Günü elan etdi

16 May 2018 09:44

ABŞ-ın Vaşinqton ştatının ən böyük mərkəzi olan Sietl şəhərinin meri Cenni Durkan Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyanat verib. Olaylar.az bildirir ki, bəyanatda Azərbaycanın öz müstəqilliyini 1918-ci il 28 may tarixdə elan etdiyi və 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu bildirilir.

Şimali Karolina qubernatoru Azərbaycanı təbrik etdi

16 May 2018 09:42

Şimali Karolina ştatının qubernatoru Roy Kuper (Roy Cooper) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar bunun xüsusi bir hadisə olduğunu vurğulayaraq Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü ildönümünü təbrik edir.

Növbə icra başçılarınındır: Yaşlı və etimadı itirən rayon rəhbərləri VURULACAQ

16 May 2018 09:40

Məlum olduğu kimi, Prezident İlham Əliyev hökumətin tərkibini yenidən formalaşdırıb. Bununla da Baş nazirdən tutmuş, ölkənin bir çox nazirlik, komitə və dövlət agentliklərində mühüm dəyişiklər həyata keçirilib, idarəetməyə yeni simalar gətirilib. Maraqlıdır ki, mərkəzi hakimiyyət orqanlarında aparılan kadr və struktur islahatları hələ də rayonlara sirayət etməyib.

115 nəfər vətəndaşlıqdan məhrum edildi

16 May 2018 09:39

Bəhreyn məhkəməsi terrorda ittiham edilərək həbs cəzasına məhkum edilmiş 115 nəfərin ölkə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib. Bu barədə Bəhreyn Baş Prokurorluğunun məlumatında deyilir.

Türkiyə və Səudiyyə Ərəbistanı liderləri Fələstin hadisələrini müzakirə etdi

16 May 2018 09:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudla telefonla danışıb. Prezidentin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Londondakı təmaslarını bitirdikdən dərhal sonra Krallaa pardığı telefon danışığında Fələstindəki son hadisələri müzakirə edib.