Muzeyə yeni unikal materiallar hədiyyə etdilər

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun Avropa farfor kolleksiyasına üç ədəd qab qəbul olunub. Onların üzərindəki möhürlər Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edir. Qabların üzərlərindəki “Блестящий магазин” möhürü XIX - XX əsrlərin əvvəlinə aiddir.

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun Avropa farfor kolleksiyasına üç ədəd qab qəbul olunub. Onların üzərindəki möhürlər Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edir.

Olaylar.az bildirir ki, qabların üzərlərindəki "Блестящий магазин" möhürü XIX - XX əsrlərin əvvəlinə aiddir.

Qeyd edək ki, həmin dövrdə Bakının simasını Avropasayağı binalar, saraylar, otellər və dükanlar bəzəyirdi. Azərbaycan milyonçuları evlərinin interyerini yeni Avropa üslubunda qurur, ən gözəl çinilərlə foyeni, otaqları dekor edirdilər. Zəngin evlərin dekorunu bəzəyən farfor çox vaxt "Блестящий магазин M.Усейнова" adlı dükandan alınırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31