HƏMAS lideri Qəzza zolağında etirazları davam etdirəcək

Qəzza zolağında hakim HƏMAS hərəkatının lideri İsmayıl Haniyə “Böyük qayıdış marşı”nın davam etdiriləcəyini bəyan edib.    “Qayıdış marşı davam edir, davam edir, davam edir…”, – deyə İ.Haniyə Qəzza şəhəri yaxınlığındakı ən böyük etiraz düşərgəsində jurnalistlərə bildirib. “Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ “yanacaq”dır”,– deyə o qeyd edib.

Qəzza zolağında hakim HƏMAS hərəkatının lideri İsmayıl Haniyə "Böyük qayıdış marşı"nın davam etdiriləcəyini bəyan edib.   

"Qayıdış marşı davam edir, davam edir, davam edir...", - deyə İ.Haniyə Qəzza şəhəri yaxınlığındakı ən böyük etiraz düşərgəsində jurnalistlərə bildirib.

"Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ "yanacaq"dır",- deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də  Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31