Ərdoğan Netanyahunu irqçilikdə günahlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail baş naziri Binyamin Netanyahunu irqçilikdə və fələstinlilərə qarşı hərbi cinayət siyasəti yürütməkdə ittiham edib.
16 May 2018 01:25 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail baş naziri Binyamin Netanyahunu irqçilikdə və fələstinlilərə qarşı hərbi cinayət siyasəti yürütməkdə ittiham edib.
"Netanyahu 60 il ərzində BMT-nin qətnamələrinə məhəl qoymayaraq məzlum insanların torpaqlarını işğal altında saxlayan aperteid dövlətinin baş naziridir
Onun əli fələstinlilərin qanına batıb və o, Türkiyəyə qarşı qalxmaqla bu cinayətləri ört-basdır edə bilməyəcək.
İnsanlığı öyrənmək istəyirsiz? On müqəddəs hökmü oxuyun", - deyə Ərdoğan Twitter səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl Netanyahu öz Tvitter hesabında Ərdoğana səslənərək İsrailə ağıl verməməsini istəmişdi.
Virtualaz.org