Ərdoğan: "Tarix ABŞ-ı və İsraili bağışlamayacaq"

"Tarix ABŞ-ı və İsraili bağışlamayacaq və biz bunun şahidi olacağıq".

Bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Tereza Mey ilə birgə mətbuat konfransında bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, İƏT-in Fələstindəki vəziyyət ilə bağlı İstanbulda keçiriləcək fövqəladə sammiti bütün dünya üçün çox ciddi siqnal olacaq.

Ərdoğan bildirib ki, Qüdsün statusu dəyişdirilə bilməz, bunu BMT-nin qətnamələri nəzərdə tutur.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31