Gündəm
Mingəçevirdə qıza görə mübahisə edən şəxs damarlarını kəsib
Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.
Marseldə bir qrup gənc avtomatlardan atəşə tutulub
Fransanın Marsel şəhərində atışma nəticəsində 1 nəfər yaralanıb.
Bayılda bina çökdü - FOTO - VİDEO
Bayıl yamacında Buxta küçəsi, 9 ünvanındakı sürüşmə ərazisinə 11 mayak quraşdırılıb. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Buxta küçəsi, 9 ünvanında sürüşmə ərazisində İbrahim Məmmədov, 2-A küçəsində yerləşən binanın sütununda çatlar əmələ gəlib:
Vladiqafqaz teatrının Bakı səfəri başa çatdı
May ayının 21-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı "Vova möcüzələr ölkəsində" adlı tamaşa ilə çıxış edib. Olaylar.az bildirir ki, may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan teatr paytaxt tamaşaçılarına 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazandırıb. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.
Dünya bunu da GÖRƏCƏK: 30 yaşa qədər…
Gələcəkdə 30 yaşa qədər dövr uşaqlıq dövrü hesab ediləcək. Bu haqda Rusiyanın Səhiyyə Nazirliyinin başçısı Veronika Skvortsova bildirib. “Uşaqlıq, Böyük Vətən Müharibəsinin başlanğıcında 14 il, 1960-cı illərdə 16 il təşkil edirdi, indi isə bütün dünyada 21-ci ildir. Gələcəkdə ən azı 25-30 il olacaq”, - Skvortsova bildirib.
ABŞ-dan Gürcüstana tam dəstək: Rusiyaya çağırış...
ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir və bu möhkəm dəstək davam etdiriləcək. Bunu ABŞ Dövlət katibi Mayk Pompeo Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra bildirib.
Gənc tədqiqatçılar sabahın mütəxəssisləri ilə bir arada
2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “dəyirmi masa” keçirilib.
Belqrad Universitetinin rektoru ilə görüş
Mayın 21-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviçi qəbul edib. Olaylar.az bildirir ki, qonağı salamlayan akademik Kamal Abdulla Belqrad Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin, Azərbaycan Dillər Universitetində isə Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib və qeyd edib ki, mərkəzlərin fəaliyyəti nəticəsində ölkələrimiz arasında mədəni münasibətlər daha da genişlənəcək, hər iki ölkənin zəngin mədəniyyətinin təbliği və tanıdılmasında mərkəzlər mühüm rol oynayacaq.
Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert
Beynəlxalq Muğam Mərkəzində 11 N-li musiqi məktəbinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.Tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keşirilib. Olaylar.az bildirir ki, mərkəz istedadlı gənclərin yaradıcılığına dəstək olaraq bir çox layihələr həyata keçirir. Beynəlxalq Muğam Mərkəzində BMM-nin və ADMİU-nun “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi, daima Azərbaycan Milli Konservatoriyasının,uşaq musiqi məktəblərinin konsertləri keçirilir.
Taliban hücuma keçdi: 86 kənd ələ keçirildi, türkmənlər qaçdı
Əfqanıstanla Türkmənistan sərhədində baş verən silahlı qarşıdurma nəticəsində türkmənlər öz evlərini tərk ediblər.
Yaponiya ilk dəfə ABŞ-dan mayeləşdirilmiş şist qazı alıb
Yaponiyada təbii qaz tədarükçüsü olan “Tokio Gas” şirkəti uzunmüddətli satış müqaviləsi çərçivəsində ABŞ-dan mayeləşdirilmiş şist qazı idxal edib.
Vəfa Zeynallının qızını Monika Belluçiyə bənzətdilər - FOTO
Əməkdar artist, tanınmış aktrisa Vəfa Zeynalovanın qızını dünya ulduzuna bənzətdilər. Aktrisa İnstaqram hesbında qızı Səbinənin fotosunu paylaşıb. Sosial şəbəkə izləyiciləri onun qızına təriflər yağdıraraq, dünya ulduzu Monika Belluçiyə bənzədiyini deyiblər.
Nazirlik qoxuya görə sexi cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb. Nazirliyin mətbuat xidmətindən Olaylar.az -a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.
Teatrın əməkdaşları mükafatlandırıldı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi “Kral Vindzor At Şousu”nda möhtəşəm şou proqrama verdiklərinə görə Dövlət Sərhəd Xidmtinin rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Olaylar.az bildirir ki, teatrın aktyoru Anar Seyfullayev və işıq üzrə rəssamı Vadim Kuskov fəxri fərmanla, şounun rejissoru, Əməkdar artist Nicat kazımov isə “Hərbi əməkdaşlıq sahəsində xidmətlətə görə” medalı ilə təltif olunublar.
Beynəlxalq Muğam Mərkəzində konsert
Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblının konserti keçirilib. Olaylar.az bildirir ki, konsertdə ilk olaraq ansamblın ifasında Səid Rüstəmovun “Rəqs” kompozisiyası səslənib. Konsertdə ifaçıları dirijor Arzu Səlimovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblı müşayiət edirdi.









.jpg)




