Gündəm
Eşitmə qüsurlu insanlar üçün YENİ SOSİAL ŞƏBƏKƏ
ABŞ-ın Corciya Dövlət Universitetinin mühəndisləri internetdə jestlərlə ünsiyyətə imkan verə “Fingerping” üzüyünün prototipini təqdim ediblər. Texnologiyanın ilkin hazırlanma mərhələsində qurğu baş barmağa taxılan xüsusi ötürücü şəklindədir. O, məkanda biləyin və barmaqların vəziyyətini müəyyənləşdirən sensorlarla təchiz edilib. Bunun sayəsində qurğu insanın jestlər dilində nəyi ifadə etdiyini oxuya bilir. Buna uyğun olaraq istifadəçinin bütün informasiyası əvvəlcə kompüterə, sonra internetə ötürülür.
Təranə Qumral məhkəməyə çıxarılacaq
Müğənni Təranə Qumralla Nazənin arasındakı qalmaqal yenidən alovlanıb. Təranə bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxçayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.
Kaliforniya ştatının qubernatoru ADR-in 100 illiyi ilə bağlı bəyannamə imzaladı
Kaliforniya qubernatoru: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrilib Olaylar.az bildirir ki, ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
Dövlət Başçısı AÇILIŞ mərasimində
Mayın 22-də Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.
“Putinlə Qarabağı müzakirə etdik” - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ problemini də müzakirə edib. Bu barədə Paşinyan jurnalistlərə açıqlamasında deyib.
VIII Beynəlxalq Şairlər Günü qeyd ediləcək
Azərbaycan Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə may-iyun aylarında VIII Beynəlxalq Şairlər Günü qeyd olunacaq.
200 nəfər iftar yeməyindən zəhərləndi
Türkiyənin Konya böyük şəhər bələdiyyəsi Ramazan ayı ərzində hər gün müxtəlif yerlərdə iftar yeməyi verir. Bu dəfə Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə ilə birlikdə verdiyi iftar süfrəsindən sonra 200 nəfər yedikləri yeməklərdən zəhərlənib. İftar zamanı 2 yemək firması tərəfindən hazırlanan sup, ətli plov və halva verilib.
Fatimə Məşhəd ziyarətində - FOTOLAR
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynlə Məşhəd ziyarətinə yollanıb. Rəqqasə şəkillərini sosial şəbəkədə paylaşıb.
“Qədim el sənətləri” festivalı təşkil ediləcək
Mayın 25-26-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qədim el sənətləri” adlı festival keçiriləcək. Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşacaq.
ABŞ Konqresində Cümhuriyyətin 100 illiyi ilə bağlı bəyat
ABŞ Konqresinin üzvü Skot Perri (Respublikaçı – Pensilvaniya) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir. Olaylar.az bildirir ki, 1917-ci il inqilabından və Birinci Dünya Müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra, Azərbaycanın 28 may 1918-ci il tarixində öz müstəqilliyini elan etdiyi bəyanatda bildirilir. İlk müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və Azərbaycanın 1991-ci ildə müstəqillik əldə edəndən sonra, regionda və dünyada artan vacib rola malik olduğu vurğulanır.
Nazirlik araşdırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, M.Mirqasımovla Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa toz-dumanın qalxması və yaşıllıqların zədələnməsi barədə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentində yaradılmış növbətçi qrup tərəfindən dərhal yerində araşdırılıb.
8 terrorçu məhv edildi
22 may “Beynəlxalq Biomüxtəliflik günü”dür
22 may “Beynəlxalq Biomüxtəliflik günü” bu il bütün dünyada “Biomüxtəliflik və 25 illik fəaliyyət”mövzusu altında qeyd edilir. Olaylar.az bildirir ki, dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub.
Beren Saat nişan üzüyünü çıxardı - FOTO
Beren Saat dünən Kuruçeşmedə bir marketdə görüntülənib. Uzun müddətdir heç bir layihədə rol almayan 34 yaşlı ulduz kameraları görən kimi məkandan sürətlə uzaqlaşıb. O, jurnalistlərin “Yeni mövsümdə sizi ekranlarda görəcəyikmi?” sualına "Hələlik dəqiqləşən heç nəyoxdur" deyə cavab verib.














