Gündəm

Sanksiyalar işə düşdü, iki nəhəng şirkət İrandan qaçdı

31 May 2018 14:47

ABŞ-ın sanksiya hədələri iki böyük enerji şirkətini İranla bağlı planlarını ertələməyə sövq edib. “Reuters” xəbər verib ki, Rusiyanın “Lukoil” neft nəhəngi İranda yataqları işləmək planlarını dayandırıb. Dünyada ən böyük neft emalı zavodlarına malik Hindistan şirkəti isə İrandan neft almağı dayandırır.

Deputat: ““Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətə malikdir”

31 May 2018 14:45

“Cənub Qaz Dəhlizi” Azərbaycanın iradəsi ilə ərsəyə gəlmiş dünya əhəmiyyətli beynəlxalq layihədir. “Cənub Qaz Dəhlizi” dünya enerji xəritəsində dəyişiklik edib. Bu layihə Şərqi Avropa ölkələrinə qaz təminatını reallaşdıracaq”. Bunu millət vəkili Azər Badamov deyib.

Deputat: “Əlillərin iş axtarması digərlərindən daha çətindir”

31 May 2018 14:42

“İllərdir ki, əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”. “Olaylar” ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçrilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Birinci vitse-spikerdən təklif: “Əlilliyin təyin olunması “ASAN Xidmət”ə verilsin!”

31 May 2018 14:41

“Əlilliyin təyin olunması “ASAN Xidmət”ə verilsin”.

Nazir: “Hökumətə “kölgə iqtisadiyyatı” ilə bağlı təkliflər verilib”

31 May 2018 14:40

Əsas vəzifələri rəhbər tutaraq növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə çalışaraq, “kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirləri və bir sıra digər islahatlarla bağlı təklifləri artıq hazırlayıb hökumətə təqdim etmişik”. “Olaylar” ın məlumatına, bunu Milli Məclisin iclasında vergilər naziri Mikayıl Cabbarov deyib.

“Elektron Büdcə” sistemi yaradıla bilər

31 May 2018 14:34

Azərbaycanda “Elektron Büdcə” sistemi yaradıla bilər.

Fəzail İbrahimli: “10 ildir utandığımdan seçicilərimlə görüşmürəm”

31 May 2018 14:33

“2017- ci ildə Tovuzda başa çatdırılmayan layihələrin icrasına diqqət yönəldilib. Müəllim olan, lakin əlillik dərəcəsi daşıyan insanlarla bağlı problem hələ də mövcud olaraq qalmaqdadır. Müəllimliyi bitirdiyinə görə təbii ki, müəllim işləməlidir. Amma onların problemləri yerində sayır. Ona görə də bu məsələnin həlli yönündə Təhsil Nazirliyi ilə birgə müzakirələr keçirilsin”.

Deputat: “Tikinti sektorunda çalışanlar istismar olunur”

31 May 2018 14:30

“Azərbaycanda tikinti sektorununda çalışanlar 8 saatdan çox işlədilirlər. Onların 70-80 faizinə şənbə və bazar günləri də işlər gördürülür. Mən bunu öz gözümlə görümüşəm. Məsələn, Cümhuriyyətimizin 100 illik yubileyi zamanı gördüm ki, bir neçə tikinti sektorunda insanlar işlədilir”.

Deputat universitetlərin yataqxana məsələsini qaldırdı

31 May 2018 14:28

“Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin vəzifələrini layiqincə yerinə yetirilməsi müsbət haldır. Büdcənin gəlirlər hissəsi yerinə yetirilsə də, bəzi sahələrdə maliyyələşdirmədə problemlər olub”.

Fond məhkəmənin sorğusuna cavab verdi – Çudo Peçka işi

31 May 2018 14:21

Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standart İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.