Deputat: ““Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətə malikdir”

“Cənub Qaz Dəhlizi” Azərbaycanın iradəsi ilə ərsəyə gəlmiş dünya əhəmiyyətli beynəlxalq layihədir. “Cənub Qaz Dəhlizi” dünya enerji xəritəsində dəyişiklik edib. Bu layihə Şərqi Avropa ölkələrinə qaz təminatını reallaşdıracaq”. Bunu millət vəkili Azər Badamov deyib.

"Cənub Qaz Dəhlizi" Azərbaycanın iradəsi ilə ərsəyə gəlmiş dünya əhəmiyyətli beynəlxalq layihədir. "Cənub Qaz Dəhlizi" dünya enerji xəritəsində dəyişiklik edib. Bu layihə Şərqi Avropa ölkələrinə qaz təminatını reallaşdıracaq".

Bunu millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin açılışı mayın 29-da cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilib: "Təbii ki, açılış mərasimində də "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətindən geniş danışıldı. Bu Dəhliz vasitəsilə Azərbaycan qazının Avropaya hər il 16 milyard kub metr həcmində çatdırılması nəzərdə tutulub. Gələcəkdə isə bu həcmin 30 milyard kub metrə çatdırılmasına imkan verəcək. Avropa bazarı Azərbaycan üçün çox önəmlidir. Çünki Azərbaycan qaz istehsalçısıdır. Avropa böyük bazardır. Avropada Azərbaycan qazının olması Avropa üçün də yeni bir istiqamətdir. Yəni Avropa üçün də Azərbaycanın əhəmiyyəti artır. Azərbaycan qazı Avropada qaz qiymətləri rəqabəti meydana gətirir. Ona görə də bu Avropa üçün daha da maraqlıdır.

"Cənub Qaz Dəhlizi" həm də Azərbaycanın təhlükəsizliyi üçün böyük önəm daşıyır. "Cənub Qaz Dəhlizi" uzun müddət Azərbaycan xalqına xidmət edəcək bir layihədir. Çünki Azərbaycanın qaz resursları çox genişdir. "Şahdəniz-2" yatağında bizim qaz resurslarımız 2,6 trilyon həcmində təsdiq olunub. Təbii ki, yeni "Şəfəq" və "Asiman" yataqlarının tədqiqatı aparılacaqdır. O istiqamətdə də qazın istehsalı meydana gələcəkdir. Bu onu deməyə imkan verir ki, "Cənub Qaz Dəhlizi" uzun illər fəaliyyət göstərəcək və Azərbaycana xidmət göstərəcək. Eynilə "Cənub Qaz Dəhlizi" layihəsinin uzunluğu 3 500 kilometrdir. Bu layihə keçdiyi hər bir ölkəyə öz xeyrini verəcəkdir. Yəni bu həm böyük vəsaitlər gətirəcək, həm də yeni iş yerlərinin yaradılması istiqamətində öz töhfəsini verəcəkdir. Ümumiyyətlə götürdükdə "Cənub Qaz Dəhlizi" beynəlxalq əhəmiyyətə malik böyük bir layihədir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31