Gündəm
Ələkbər Tağıyev nəğmələri səsləndi
Heydər Əliyev Sarayında tanınmış bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub. AzTV-nin birgə təşkilatçılığı ilə reallaşan konsertdə respublikanın mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Ermənistanda Elton Cona yumurta atdılar
Həyat yoldaşı Devid Fernişlə Ermənistana səfər edən britaniyalı müğənni Elton Con gözlənilməz hadisə ilə rastlaşıb. Sənətçiyə yumurta atılıb. Hadisə ifaçının qaldığı otelin qarşısında baş verib. Eltona atılan 3 yumurtadan ikisi dəyib.
Tarixi Muzeyində Cümhuriyyət xadimlərinin fotoşəkilləri qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin, mühacirlərin XX əsrin birinci yarısına aid fotoşəkilləri mühafizə olunur. Həmin fotoşəkilləri muzeyə Türkiyənin Anadolu Universitetinin professoru Zaur Məhərrəm hədiyyə edib.
Muğam Mərkəzində klassik musiqilər səsləndi
Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi inciləri” layihəsi çərçivəsində konsert təşkil olunub. Olaylar.az bildirir ki, tədbiri açan Bakı Musiqi Akademiyasının professoru Hökumə Əliyeva Azərbaycanın dünya mədəniyyətinə klassik musiqinin görkəmli nümayəndələrinin bütöv bir pleyadasını bəxş etdiyini iştirakçıların nəzərinə çatdırıb. Belə musiqiçilərdən biri akademiyanın baş müəllimi, pianoçu Arzu Səfərovadır. H.Əliyeva deyib: “Bu gün hamı tərəfindən sevilən müəllimə Arzu Səfərovanın yaradıcılıq gecəsidir. Onun tələbələri böyük nailiyyətlər qazanıblar. İstedadlı pianoçu olaraq, A.Səfərova ölkəmizi beynəlxalq festival və müsabiqələrdə layiqincə təmsil edir”.
1 İYUN – Uşaqların Beynəlxalq MüdafiəsiGünüdür
1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycanda yaşı 90-ı keçənlərin sayı artıb
Azərbaycanda son illər ərzində yaşı 90 və daha çox olan şəxslərin sayı 3341 nəfər təşkil edib. Ümumilikdə, bu kateqoriyadan olan insanların sayı 39,4 faiz artıb. Məlumata görə, 2013-cü ildə ölkədə 8479 nəfər (6303 nəfər qadın, 2176 nəfər kişi) yaşı 90 və daha yuxarı yaşda olan insan olduğu halda, 2014-cü ildə bu rəqəm 9171 (6626 nəfər qadın, 2545 nəfər kişi), 2015-ci ildə 10 171 (7092 nəfər qadın, 3079 nəfər kişi), 2016-cı ildə 10 880 (7370 nəfər qadın, 3510 nəfər kişi), 2017-ci 11 820 (7710 nəfər kişi, 4110 nəfər qadın) nəfər olub.
Şəkidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda konfrans keçirilir
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda ikigünlük konfrans öz işinə başlayıb.
Aİ ABŞ mallarına rüsumlar tətbiq edəcək
Avropa İttifaqı ABŞ-ın polad və alüminiumun idxal rüsumları ilə bağlı verdiyi qərara cavab tədbirləri görəcək. Bu barədə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib. “Aİ ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi tarifləri əsassız və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu hesab edir. Bu açıq-aydın proteksionizmdir”, - deyə Yunker qeyd edib.
Energetika naziri Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa EmmaNikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.
Nazirlik ağacları qanunsuz kəsənlərə qarşı mübarizə aparacaq
Meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oğuz rayon İcra Hakimiyyətində geniş tərkibli görüş təşkil edilib.
Hyustonda Azərbaycan Günü
Amerikanın energetika paytaxtı hesab olunan və 1976-cı ildən Bakı ilə qardaşlaşmış şəhəri olan, həmçinin çoxsaylı həmvətənlərimizin yaşadığı Hyustunda Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə bağlı şəhərin meri Silvestr Törner (Sylvester Turner) tərəfindən Azərbaycan Günü elan edilmişdir. Bununla əlaqədar olaraq S. Törner bəyannamə imzalamışdır.
Nazir Fransanın Azərbaycandakı səfirini qəbul etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez arasında tanışlıq görüşü keçirilib.
Elçiliyə gələn oğlan nişanlısını öldürdü, qayınanasını... - TƏFƏRRÜAT - FOTO
Sabunçu rayonunda gənc oğlan qızı və anasını güllələyib. Olay Qılman Salahov 15 ünvanında baş verib. Belə ki, ötən gecə Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi 2001-ci il təvəllüdlü Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.
Tbilisidə daha irimiqyaslı aksiyanın keçirilməsi planlaşdırılır
Gürcüstanın paytaxtı Tbilisidə, parlament binasının qarşısında toplaşan etirazçılar bu gün daha böyük miqyaslı aksiyanın keçirilməsini planlaşdırır. Aksiyanın təşkilatçıları hələlik çadırlarda yerləşiblər.
Sevgilisindən mərhum aktyor haqda duyğusal paylaşım - Fotolar
Bir neçə gün öncə motosiklet qəzasında həyatını itirən aktyor Arda Öziri haqda sevgilisi Vildan Örnek duyğusal paylaşım edib. Vildan Arda ilə şəklini hesabında yerləşdirərək onu tanış olduğu gündən 6 il sonra itirdiyini qeyd edib:














