Gündəm

Rusiya qoşunlarını İrana yeridə bilər - Proqnoz

1 İyun 2018 11:03

"Son zamanlar Suriyada daha çox İsrail və İranın qarşıdurması özünü göstərir. Amma bəllidir ki, orada İran tək deyil. Türkiyə, Rusiya, ABŞ da bu poliqondadır".

Dünya çempionunun adını riyaziyyatçılar açıqladı

1 İyun 2018 11:02

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının qalibi Braziliya olacaq.

Lənkəranskinin "sağ əli”i tutuldu - Moskvada əməliyyat - Video

1 İyun 2018 10:59

36 yaşlı qanuni oğru Hacı Beyləqanski həbs edilib.

Azərbaycanlı uşaqlar iki ölkəyə övladlığa verildi - Rəsmi

1 İyun 2018 10:58

“2018-ci ildə əcnəbilər tərəfindən Azərbaycan vətəndaşı olan iki uşaq övladlığa götürülüb”.

Dünyanın ən qədim ikinci qayası tapıldı

1 İyun 2018 10:47

Dünyanın ən qədim qayası Avstraliyanın qərbində, Ceyk Hildə yerləşir. Onun 4 milyard 400 milyon illik yaşı var. Alimlər bu dəfə dünyanın ən qədim ikinci qayasının Hindistanda olduğunu iddia edir.  Hindistanda tapılan qayanın 4 milyard 240 milyon il yaşı olduğu deyilir. Bu, dünyanın ən qədim ikinci qayası olaraq tarixə düşəcək. "New Straits Times" nəşrinin yaydığı məlumata görə, dünyanın ən qədim ikinci qayası Hindistan, Çin və Malayziya geoloqları tərəfindən araşdırılıb. 8 il əvvəl tapılan bu qayanın Hindistanın Odiha əyalətində yerləşdiyi deyilir.

İnsanların əcdadı əslində meymunlar kimi gəzməyib - 4 milyon illik sirr çözüldü

1 İyun 2018 10:45

İnsanın təkamülü ilə bağlı əhəmiyyətli bir iddia ortaya atılıb. Tanzaniyada tapılan ayaq izlərinin araşdırılması zamanı ortaya çıxıb ki, əslində insanların iki ayaq üzərində dik gəzmə prosesi 3,6 milyon il öncə başlayıb. İnsanın əcdadlarının iki ayağı üzərində dik gəzməsi və ya meymunlar kimi əyilərək hərəkət etməsi elm aləmini hər zaman məşğul edən suallardan biri olub.

Aygün yenidən hamilədir? - Fotolar

1 İyun 2018 10:43

Müğənni Aygün Mahmudova sosial şəbəkədə yeni fotolarını paylaşıb. Qırmızı uzun libas geyinən sənətçinin qarnı böyük görünüb. Onun görüntüsü sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər onun yenidən ana olmağa hazırlaşması ilə bağlı şərhlər yazıblar.

Oduncaq dolu avtomobillər saxlanıldı

1 İyun 2018 10:42

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən  Bum meşəbəyliyinin 6 saylı dolayında  içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb.

Ərdoğandan GÖZLƏNİLƏN ADDIM: Sabahın erkən saatlarında...

1 İyun 2018 10:40

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu sahura dəvət edən tələbələrlə görüşüb. Tələbələr rəsmi tvitter hesabından Ərdoğana çağırış edərək “Cənab prezident, bir gecə də bizim Hüseyn Qazi yurdunda sizi qonaq etsək, sahuru birlikdə qarşılasaq” sualını verib.

İyunun 1-də Rusiyaya qar yağdı

1 İyun 2018 10:31

Rusiyanın Ekaterinburq şəhərində iyunun 1-ə keçən gecə qar yağıb. Sinoptiklər buludlu hava şəraiti olacağı barədə məlumat versələr də, qarın yağması sakinlər üçün gözlənilməz olub.

Bu aydan BMT TŞ-a Rusiya sədrlik edəcək

1 İyun 2018 10:22

BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik iyun ayından Rusiyaya keçir. Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasiliy Nebenzi deyib ki, ölkəsi TŞ-da əsasən Yaxın Şərqdəki vəziyyəti qabardacaq.

Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu haqda yeni kitab

1 İyun 2018 10:13

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub. “Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” adlı kitab bu günlərdə “TEAS Press” Nəşriyyat Evi tərəfindən çapdan buraxılıb. Olaylar.az bildirir ki, “Məşhurların həyatı” seriyasından çapa hazırlanan əsərdə türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib.

Prezident kortecinin avtomobili yeniyetməni vurdu

1 İyun 2018 09:38

Ukrayna prezidenti Petr Poroşenkonun kortecinin avtomobili Kiyevdə nizamlanmayan piyada keçidində velosiped sürən yeniyetməni vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.