Ermənistanda Elton Cona yumurta atdılar
Həyat yoldaşı Devid Fernişlə Ermənistana səfər edən britaniyalı müğənni Elton Con gözlənilməz hadisə ilə rastlaşıb. Sənətçiyə yumurta atılıb. Hadisə ifaçının qaldığı otelin qarşısında baş verib. Eltona atılan 3 yumurtadan ikisi dəyib.
1 İyun 2018 09:34 DünyaHəyat yoldaşı Devid Fernişlə Ermənistana səfər edən britaniyalı müğənni Elton Con gözlənilməz hadisə ilə rastlaşıb.
Sənətçiyə yumurta atılıb. Hadisə ifaçının qaldığı otelin qarşısında baş verib. Eltona atılan 3 yumurtadan ikisi dəyib.
İnsidenti 34 yaşlı Ermənistan sakini Vaan Qriqoryan törədib. O, polisə özü təslim olub. İfadəsi alındıqdan sonra isə azadlığa buraxılıb.
Vaanın hərəkətinin səbəbi açıqlanmasa da, bunun Conun qeyri-ənənəvi cinsi oriyentasiyası səbəbindən baş verdiyi güman edilir.
Qeyd edək ki, Elton uzun müddətdir musiqiçi Devid Fernişlə ailəlidir. Onlar 2014-cü ildə münasibətlərini rəsmiləşdiriblər. Elayc və Zahar adlı iki övladları var. Axşam.az