Gündəm

Azərbaycanın Xalq Artisti EMİN Tbilisidə konsert proqramı ilə çıxış edib

2 İyun 2018 10:44

Azərbaycanın Xalq Artisti, sevilən bəstəkar-müğənni EMIN iyunun 1-də ilk dəfə Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış edib. Gürcüstan Dövlət Filarmoniyasında keçirilən konsertdə gənc müğənni tamaşaçıları gürcü dilində salamlayıb, Tbilisidə solo konsert proqramı ilə çıxış etməkdən məmnun qaldığını bildirib. EMIN Gürcüstanı, xüsusən paytaxt Tbilisini çox sevdiyini vurğulayıb.

ABŞ qorxunc erməni terrorçusunu azad edir – Gözlənilməz qərar

2 İyun 2018 10:41

1982-ci ildə Türkiyənin Los-Anceles şəhərindəki baş konsulu Kamal Arıkanı qətlə yetirən JCAG erməni terror təşkilatının üzvü Hampiq Sasunyan azad edilə bilər.

Trampdan GÖZLƏNİLMƏZ HƏRƏKƏT: məktubla şəkil çəkdirdi

2 İyun 2018 10:42

Ağ Ev cümə günü Koreyanın Əmək Partiyasının Mərkəzi Komitəsinin sədrinin müavini Kim Yon Çxoldan Kim Çen Inın məktubunu qəbul edən ABŞ prezdienti Donald Trampın şəklini paylaşıb.

İntihar etmək istəyən gənci mühafizə havada tutdu: Qorxulu anların VİDEOsu

2 İyun 2018 10:40

Latviyada intihara cəhdin qarşısı alınıb. Hadisədən xəbər tutan xilasedicilər binadan özünü atan şəxsi havada tutublar.

Bir gündə yol qəzalarında 21 nəfər xəsarət aldı

2 İyun 2018 10:38

İyunun 1-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, baş verən cinayətlərin 23-ü “isti izlər”lə açılıb. Məlumata görə, həmin gün əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Hyuston şəhərində Cümhuriyyətin 100 illiyi təntənəli şəkildə qeyd edildi

2 İyun 2018 10:37

ABŞ-ın enerji paytaxtı sayılan, ABŞ-ın ən böyük şəhərlərindən olan və çoxsaylı Azərbaycan icmasının yaşadığı Hyuston şəhərində ADR-in 100 illiyinə həsr edilmiş rəsmi tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiyasiyası və Hyuston Birləşmiş Millətlər Assosiyasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin çoxsaylı qonaqları sırasında Texas ştatında akkreditə olunan xarici diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan, Yəhudi, Pakistan, Türk icmalarının nümayəndələri və Texas ştatının bir sıra nüfuzlu ictimai və dövlət xadimləri iştirak edib.

Qarətçilər inkassatorlardan yarım milyon avro apardılar

2 İyun 2018 10:33

Cümə günü səhər Romada bir qrup qarətçi inkassator maşınına hücum edərək ondan yarım milyon avro pul aparıblar. Bu barədə yerli hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Fond uşaqlara xoş gün yaşatdı

2 İyun 2018 10:31

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif məkanlarda qeyd olunub. Olaylar.az bildirir ki, fondun əməkdaşları "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reabilitasiya kursu keçən uşaqlarla görüşüblər. Bayram münasibəti ilə balacalara sovqat təqdim olunub, nağıl kitabları hədiyyə edilib.

Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq

2 İyun 2018 10:29

Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev  bildirib ki, bu yay cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan pandusların quraşdırılması işləri də davam etdiriləcək. O bildirib ki, pandusların tikintisi Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mühüm sosial əhəmiyyət kəsb edən layihənin bir hissəsidir: "Dövlət başçısının əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi diqqət və qayğısının göstəricisi olan bu layihənin icrası Bakı Nəqliyyat Agentliyinə həvalə edilib.

“Azərişıq”ın nizamnamə kapitalı artırılır

2 İyun 2018 10:25

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı artırılır. Bununla bağı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilir. Bu dəyişikliyə əsasən, Cəmiyyətin nizamnamə kapitalı 1678705343,47 manatdır, onun səhmlərinin nominal dəyəri 2 manat 839352671 ədəd sənədsiz adi adlı səhmdən ibarət olacaq.

Serbiya BU GÜNDƏN Azərbaycanla  VİZANI ləğv etdi

2 İyun 2018 10:24

Serbiya bu gündən etibarən Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir. İndi Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.

İşarət dilinə tərcümə edilmiş film təqdim edildi

2 İyun 2018 10:23

Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində fəaliyyət göstərən Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli uşaqlara işarət dilinə tərcümə edilmiş “Madaqasqar” animasiya filmini və Araxçın MMC/Deaf Community-nin təşkilatçılığı ilə eşitmə və danışma məhdudiyyətli gənclərə Cümhuriyyətin 100 illiyi ilə bağlı cəkilmiş videoçarxı təqdim edib.

Pərvin Abıyeva “Maşın” şouda libasları ilə GÖZ QAMAŞDIRDI – FOTO

2 İyun 2018 10:17

Keçən mövsüm “Maşın” realiti-şouda qalmaqalları ilə yadda qalan aktrisa Pərvin Abıyeva bu dəfə geyimləri ilə göz qamaşdırıb. Publika.az xəbər verir ki, kino ulduzu Azərbaycanın